Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
00:35
678

16
Sen
00:35



Qazaxıstanda qatar avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Qazaxıstanın Almatı vilayətində qatarın avtobusla toqquşması nəticəsində bir nəfər ölüb, iki uşaq və bir qadın xəsarət alıb.

Xeberoxu.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev şəxsi “Twitter” səhifəsində yazıb.

Bundan əvvəl Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf Nazirliyinin rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib ki, bazar günü saat 19:20 radələrində qatar qaydaları pozaraq yola çıxan avtobusa çırpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində keçinib.

“Almatı vilayətindəki Aksengir – Şamalqan dəmir yolu keçidində qatar 67 nəfərin olduğu avtobusa çırpılıb. Bir nəfər ölüb, yaralılar var. Başsağlığı verirəm. İstintaq başladılıb”, - deyə Tokayev öz “Twitter” səhifəsində yazıb.

***

Saat 19:15

Bu gün Qazaxıstanda sərnişin qatarı avtobusla toqquşub.

Xeberoxu.Az-ın  “sputniknews.kz” portalına istinadən verdiyi məlumata görə, hadisə yerli vaxtla saat 19.20 radələrində Yekağerinburq-Almatı avtomobil yolu yaxınlığında, Şamalqan dəmir yolu stansiyasında baş verib.

Qatar dəmir yolu keçidində relslər üzərində dayanmış avtobusa çırpılıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Hadisə yerinə xilasedicilər göndərilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az