Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
22:54
645

17
Sen
22:54



Azərbaycanın turizm potensialı Pakistanda tanıdılacaq

Azərbaycanın turizm potensialının tanıdılmasının növbəti ünvanı Pakistandır.

Bu barədə XeberOxu.Az-a Dövlət Turizm Agentliyindən bildiriblər. Qeyd olunub ki, 8-10 oktyabrda Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəni təmsil edən turizm şirkətləri Pakistanın Karaçi şəhərində keçiriləcək "Pakistan Travel Mart" sərgisində iştirak edəcək.

Azərbaycan turizm sektorunda fəaliyyət göstərən 14 şirkətin qatılacağı sərgidə iştirakçılara ölkənin turizmin müxtəlif istiqamətləri üzrə potensialı, görməli yerləri, hotelləri, milli mətbəxi, turizm marşrutları barədə geniş məlumatlar veriləcək.

Sərgi zamanı Pakistanın turizm şirkətləri ilə B2B (Biznesdən-biznesə) formatlı görüşlər keçiriləcək, əməkdaşlığa dair qarşılıqlı fikir mübadələsi aparılacaq.

"Pakistan Travel Mart" Pakistanda səyahət, turizm və qonaqpərvərlik sahələrində bütün maraqlı tərəfləri birləşdirən geniş spektrli səyahət və turizm sərgisidir.

2017-ci ildən etibarən hər il keçirilən sərgiyə dünyanın 20-yə yaxın ölkəsindən turizm şirkətləri qatılır və sərgini ümumilikdə 25000-dən çox şəxs ziyarət edir.

Qeyd edək ki, 2019-cu ilin yanvar-avqust dövründə Azərbaycana səfər edən pakistanlı turistlərin sayı 29 min nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 12.9% artım deməkdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az