Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
01:45
762

18
Sen
01:45



Siyəzən təbii gübrəsinin faydası -VİDEO

Torpağın əmələ gəlməsi - qaya parçalarının isinmə-donma, yağış, külək kimi aşındırıcı təsiri olan təbiət hadisələri nəticəsində dissosasiyası, müxtəlif ölçülərdə dənəciklərə bölünməsi və bu dənəciklərin daha sonra bir yapışdırıcı maddə ilə birləşərək dilimlər əmələ gətirməsi ilə yaranır.

Bu yapışdırıcı maddə tamamilə təbiidir. Ətraf mühitdə bir çox təbii maddə mənbələri olmaqla yanaşı bunlardan ən təbii olanı heyvan peyinləridir. Peyinlər xüsusi bir metod ilə bioloji mayalandırma prosesindən keçir.

Bu prosesdən əvvəl tərkibində yer alan Carbon (C) və Azot (N) = 80/1 maddələri qeyd edilən miqdardan yüksək bir kəmiyyətə sahibdir. Lakin, mayalanma prosesində peynin tərkibində olan və bitkilərə zərərli təsirə malik bir sıra qazlar xaric edildikdən sonra bu miqdar C/N =20/1 qədər aşağı düşür. 20/1-dən aşağı olan bütün kəmiyyətlər peynin bitkilər üçün zərərsizlik və təhlükəsizlik səviyyəsini artırır.

"Siyəzən Broyler\'\' ASC-də peyinlərin bioloji mayalanması nəticəsində Carbon və Azot miqdarı 10/1 - 15/1 intervalında olur ki, bu da bitkilər üçün tamamilə zərərsizdir. Nəticədə isə bu maddə transformasiyaya uğrayaraq peyindən təbii gübrəyə çevrilmiş olur.

Bu təbii gübrə:

  • ən yaxşı torpaq tənzimləyicisidir.
  • mayalanmadan əvvəl tərkibində olan mikro və makro qida elementləri bitkilər üçün faydasız olduğu halda, mayalanmadan sonra yaralı hala gətirilir.
  • tərkibindəki təbii maddə və turşular sayəsində bitkilərin kök metabolizması ilə yaranan təbii birləşmələr, emal ediləcək məhsulun xammalını əmələ gətirdiyi üçün bol məhsul əldə edilməsi də zəmanət altına alınır.
  • bu gün yer üzündə baş verən qlobal istiləşmə səbəbi ilə su, torpaq və bitkilər üçün daha da əhəmiyyətli rol oynayır.
  • torpağın yumşalmağını və daxilində kök atan bitkilərin daha yaxşı nəfəs almasını təşkil edir.

"Siyəzən Broyler\'\' ASC-də emal edilən təbii gübrə torpaqda və əkinçilikdə bizə ən yaxşı nəticələri verən təbii gübrədir. Özündə mövcud olan, bitkiləri effektiv qidalandırma təsiri ilə yanaşı, torpaq daxilində olan digər qida elementlərinin də bitkilər tərəfindən rahatlıqla mənimsəməsini təşkil edir. Siyəzən təbii gübrəsindən istifadə zamanı torpaqda olmağı əhəmiyyət kəsb edən 6-7% miqdarındakı təbii maddəyə nə qədər yaxın və ya nə qədər uzaq olmağı nəzərə alınır. Bu o deməkdir ki, əgər torpağın tərkibində 0.5% təbii maddə varsa, tələbat artır, 5% təbii maddə varsa tələbat azdır.

Gübrənin istifadəsi elə bu miqdara əsasən də təyin olunur. Bununla yanaşı torpaq təbii maddələrdən kasaddırsa və təbii gübrə ehtiyatınız artıq olsa belə, bunu 3-4 ilə kifayət edəcək şəkildə bölmək mümkündür. Misal üçün, bağlarda ağacların böyüklüyü nəzərə alınaraq 2-3 kq - 10 kq intervalında təbii gübrə istifadə edilə bilər.Tarlalarda isə bu miqdar hektar başına 5 tondan - 50 tona qədər dəyişir. Əgər 50 ton/ha istifadə etməliyiksə bunu da bir dəfədə yox, 2-3 ilə bölərək vermək və daha sonra torpağı analiz edərək təbii maddə miqdarının 4%-dən aşağı düşməməsinə nəzarət etmək lazımdır.

Məhsul növü

Tövsiyyə edilən
istifadə miqdarı

İstifadə təlimatı

Tərəvəzlər

Sahədə

İstixanada

Torpağı hazırlamaq (əkinə hazırlamaq) və 1-ci oraqlama zamanında torpağa qarışdırılaraq istifadə edilir.

Pomidor,bibər, badımcan

175-200 kq/ha

225-250 kq/ha

Xiyar, balqabaq, qovun, qarpız

150-175 kq/ha

175-200 kq/ha

İspanaq, kələm, gül kələmi, kahı

150 kq/ha

200 kq/ha

Soğan, kəvər

100-125 kq/ha

125 150 kq/ha

Kök, turp

150-175 kq/ha

Lobya və digər paxlagillər fəsiləsi

75 kq/ha

100 kq/ha

Çiyələk

200 kq

250 kq/ha

Meyvələr

 

Yaz və payız aylarında istifadə edilirək torpağa qarışdırılır.

Sitrus

4-5 kq/ağac

Banan

8-9 kq/ağac

Alma, armud, heyva

3-4 kq/ağac

Şaftalı, ərik, albalı, gilənar

3-4 kq/ağac

Üzüm, kivi

150-200 kq/ha

Zeytun

2-3 kq/ağac

Əncir

2-3 kq/ağac

Fındıq

2-4 kq/ağac

Çay

150-175 kq/ha

Tarla bitkiləri

 

Əkindən əvvəl – yəni torpağı hazırlama müddətində istifadə edilir.

Buğda, arpa, yulaf, çəltik

25-75 kq/ha

Günəbaaxan, qarğıdalı,

50-75 kq/ha

Noxud, mərci, lobya

25-50 kq/ha

Şəkər çuğunduru, kartof

50-75 kq/ha

Tütün

25-50 kq/ha

Pambıq, lobya

75-100 kq/ha

Yem bitkiləti

100-150 kq/ha

Bəzək bitkiləri və otlaqlar

 

Yaz və payız aylarında istifadə edilir.

Otlaq sahələr

15-20 kq/100 m2

Bəzək bitkiləri

10-15 kq/100 m2

Dekorativ ağaclar və bitkilər

3-4 kq/ağac

Diqqət: Rütubətsiz şəraitdə mühafizə edin.
Günəş şüalarında uzun müddət saxlamayın.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az