Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
02:30
840

18
Sen
02:30



Azərbaycanla Qazaxıstan arasında Xəzər üzrə ikitərəfli məsləhətləşmələr keçirilib

Xarici İşlər Nazirliyində Azərbaycanla Qazaxıstan arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Xarici İşlər Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan tərəfini Xarici İşlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Qazaxıstan tərəfini isə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Qazaxıstan Respublikasının Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Zülfiyyə Amanjolova təmsil edirdi.

Məsləhətləşmələr zamanı Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının Katibliyinin təsis olunması məsələsi müzakirə olunub və Katibliyin tezliklə fəaliyyətə başlaması məqsədilə Konvensiyanın tərəfləri arasında razılaşdırma prosedurunun sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Görüşdə Xəzəryanı dövlətlərin dövlət başçıları tərəfindən imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın implementasiyası üzrə, eləcə də Xəzəryanı dövlətlər arasında hazırda razılaşdırma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin, tərəflər arasında Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun növbəti iclasının gündəliyində duran məsələlər, o cümlədən Xəzər dənizində düz çıxış xətlərinin müəyyən olunması metodikası haqqında Saziş layihəsi ilə bağlı müzakirələr baş tutub.

Bundan başqa, iki ölkə arasında Xəzər dənizi hövzəsində əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə olunub və bu xüsusda hazırda dənizin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi prosesi və gələcəkdə mümkün ola biləcək digər layihələr barədə söhbət aparılıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az