Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
05:45
696

18
Sen
05:45



Paşa Bank Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv oldu

Özünəməxsus inkişaf strategiyasına malik olan, rəqəmsal transformasiya təşəbbüslərini reallaşdıran, Azərbaycanın ən nüfuzlu korporativ banklarından biri hesab olanan Paşa Bank ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) arasında korporativ üzvlüyə dair müqavilə imzalanmışdır.

Xeberoxu.Az-ın məlumatına görə, bununla da, ARPA-ya üzv olan və korporativ üzvlüyün təqdim etdiyi üstünlüklərdən istifadə edən qurumlar sırasına ölkənin iqtisadi dayanıqlılıq və sabitliyində mühüm rol oynayan qurumlardan daha biri əlavə olunmuşdur.

ARPA-nın korporativ üzvlük siyasətinin belə mötəbər biznes qurumları tərəfindən dəstəklənməsi ölkə sərhədləri daxilində mühasiblər və risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən şəxslər və maliyyə sektorunun digər nümayəndələri üçün vacib platforma hesab olunan ARPA-nın həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir.

Qeyd etmək lazımdır ki, ARPA 2009-cu ildən etibarən risklərin idarə edilməsi sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatı kimi formalaşmış və daha sonra mühasibləri də öz əhatəsinə alaraq fəaliyyət istiqamətini daha da genişləndirmişdir. Hazırda mühasibat uçotu üzrə milli qanunvericiliyə edilmiş dəyişikliklərə müvafiq olaraq, ARPA Azərbaycanda peşəkar mühasiblərin yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az