Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



18 Sen
2019
10:00
714

18
Sen
10:00



Vəkillərimiz TÜRK-AV-ın Baş Assambleyasının III zirvə toplantısında iştirak ediblər

Sentyabrın 11-14-də Türkiyənin Ankara və Sivas şəhərlərində Türkdilli və Əqrəba Ölkələrin Vəkillik Təşkilatları Birliyinin (TÜRK-AV) Baş Assambleyasının III zirvə toplantısı keçirilib. 

Xeberoxu.Az xəbər verir ki, tədbirdə ölkəmiz Vəkillər Kollegiyasının sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunub.

Toplantını açılış nitqi ilə çıxış edən Türkiyə Vəkillər Kollegiyaları İttifaqının sədri Metin Feyzioğlu 2019-cu ilin Türkiyə üçün əlamətdar bir il olduğunu, Birinci dünya müharibəsinin sonunda ölkənin işğala qarşı mübarizəyə başlamasından 100 il keçdiyini, mübarizə zamanı Türk-AV üzvü olan bir çox ölkənin əvəzolunmaz köməkləri olduğunu, bu toplantının belə bir tarixə təsadüf etməsinin xüsusi əhəmiyyəti olmasını qeyd edib.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri A.Bağırov Türkiyə Vəkillər Kollegiyaları İttifaqının yaradılmasının 50-ci ildönümü münasibətilə Türkiyə vəkillərinin simasında İttifaqın sədri M.Feyzioğlunu Azərbaycan Respublikası Vəkillər Kollegiyası adından təbrik edib, ona Türkiyə Vəkillər Kollegiyaları İttifaqının emblemini özündə əks etdirən qiymətli xalça təqdim edib.

Toplantıda Özbəkistan Vəkillər Kollegiyası və Şərqi Azərbaycan (Təbriz) Vəkillər Kollegiyasının təşkilata üzv qəbul edilməsi məsələsinə baxılıb və müsbət qərar verilib, daha sonra toplantı cari məsələlərin müzakirəsi ilə davam edib.

Toplantının ikinci hissəsində Sivas şəhərində Sivas Konqresinin 100 illiyinə həsr olunmuş “Qurtuluşdan Qurtuluşa, Sivas Konqresinin 100 illiyi” mövzusunda beynəlxalq hüquq qurultayı və simpozium keçirilib.  

Tədbirdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Türk-AV adından rəsmi çıxış edərək, simpozium iştirakçılarını Türk-AV və Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından salamlayıb, Sivas şəhərinin bütün türk millətləri üçün müqəddəs olduğunu, bu tədbirin məhz Sivasda keçirilməsinin əhəmiyyətini vurğulayıb, vəkillik peşəsinin müstəqilliyi, onun nüfuzunun artırılmasının vacibliyini qeyd edib, o cümlədən, 2019-cu ilin Azərbaycan vəkilliyinin yaranmasının 100-cü ildönümü kimi qeyd edilməsi barədə tədbir iştirakçılarına məlumat verib.

Bundan başqa, səfər zamanı Vəkillər Kollegiyasının nümayəndə heyətinin Türkiyənin Sivas şəhərinin valisi Salih Ayhanla görüşü baş tutub. Görüşün sonunda Sivas şəhərinin valisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qiymətli hədiyyə - şəhərin rəmzi olan qədim türklərin ədalət simvolu ikibaşlı qartal tablosu verib.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Türkiyə Vəkillər Kollegiyaları İttifaqı arasındakı anlaşmaya sadiq qalaraq, Bakının erməni-daşnak qüvvələrindən azad olunmasının 101-ci ildönümü şərəfinə, Azərbaycan-Türkiyə vəkillərinin birliyininin rəmzi kimi, azərbaycanlı və türkiyəli vəkillər bir-birlərinin vəkil mantiyalarını geyinmiş, həmçinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri və Türkiyə Vəkillər Kollegiyaları İttifaqı sədrinin köməkçisi Hüseyn Özbek birgə bəyanat yayıblar.

Ölkəmizi Türkiyədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sədr müavini Aydın Axundov, Rəyasət Heyətinin üzvləri Muxtar Mustafayev və Vüqar Babayev, Vəkillərin İxtisas Komissiyasının üzvü Mehman Sultanovdan ibarət nümayəndə heyəti təmsil edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az