Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
16:21
1224

14
Avq
16:21




Mətbuat Şurası "SOCAR-AQŞ" MMC ilə birlikdə "Əsrin müqaviləsi"nin 25 illiyi ilə bağlı müsabiqə keçirir

Azərbaycan Mətbuat Şurası "SOCAR-AQŞ" MMC ilə birlikdə "Əsrin müqaviləsi"nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri  arasında yaradıcılıq müsabiqəsi keçirir. Müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulur.

"Əsrin müqaviləsi": Azərbaycanın müasiq neft və qaz sanayesində qazma işlərində yeni dövrün başlanğıcı;

Azərbaycan neft-qaz sanayesində qazma işlərinin modernləşdirilməsi yeni neft strategiyasının mühüm tərkib hissəsidir;

Azərbaycan neft-qaz sanayesinin mühüm tərkib hissəsi olan qazma işlərinin dünya neft-qaz sanayesinə verdiyi töhfələr;

Azərbaycan neft-qaz sanayesində qazma işlərinin tarixi, bu günü və perspektivləri.
 
Müsabiqə üzrə mükafatlandırma bu müsabiqə elanının "Müsabiqənin istiqamətləri" adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaqdır.

4 istiqamət üzrə:

I yer                     -                      4 nəfər            -           2000 manat (hər biri)

II yer                    -                      4 nəfər            -           1500 manat (hər biri)

III yer                   -                        4 nəfər           -           1000 manat (hər biri)

Həvəsləndirici mükafat -          10 nəfər          -          200 manat (hər biri)

Müsabiqəyə 9 avqust 2019-cu il tarixindən 10 sentyabr 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, həmçinin telekanallarda efirə verilmiş video-materiallar, radiolarda səsləndirilmiş audio-materiallar buraxılacaq. Materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 9 avqust 2019-cu il tarixdən 10 sentyabr 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Qalib və mükafatçıların adları 2019-cu il sentyabr ayının 20-dək açıqlanacaq.

Müsabiqə ilə bağlı ətraflı məlumat Mətbuat Şurasının presscouncil.az internet ünvanında yerləşdirilib. 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az