Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Sen
2019
12:28
816

02
Sen
12:28




Naxçıvan Dövlət Filarmoniyasına qədim musiqi alətləri təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Naxçıvan Dövlət Filarmoniyasına hədiyyə edilmiş qədim musiqi alətlərinin təqdimatı olub.

Xeberoxu.az xəbər verir ki,  AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova ölkəmizdə olduğu kimi, muxtar respublikamızda da mədəniyyətin və musiqi sənətinin professional formada inkişafına hərtərəfli dövlət qayğısı göstərildiyini bildirib.

“Qədim tarixə və zəngin ənənələrə malik olan Naxçıvan musiqi sənəti məhz bu diqqət və qayğı sayəsində özünün yeni inkişaf dövrünü yaşayır. Xalqımızın yaradıcılıq istedadını özündə əks etdirən milli musiqi nümunələrimiz, muğam və xalq mahnılarımız, yallı və rəqslərimiz Naxçıvan Dövlət Filarmoniyası kollektivlərinin ifasında artıq bir sıra dünya ölkələrində sevilə-sevilə dinlənilir, izlənilir, bu ifalar könülləri fəth edir” – deyən nazir qeyd edib ki, filarmoniyada 7 kollektivdə professional ifaları ilə geniş ictimaiyyətin rəğbətini qazanmış 200-ə yaxın sənət adamı fəaliyyət göstərir. İstedadlı gənclərin filarmoniyaya cəlb edilməsi işi də diqqətdə saxlanılır.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə musiqi kollektivlərinə, folklor ansambllarına geyim dəstlərinin, paltarların, musiqi alətlərinin, musiqi texnikasının təqdim olunması ənənəyə çevrilib. Naxçıvan Dövlət Filarmoniyasına son illər ərzində milli və Avropa istehsalı olan musiqi alətləri verilib, musiqi kollektivləri və solistləri geyim dəstləri ilə təmin ediliblər.

Nazir diqqətə çatdırıb ki, bu gün filarmoniyaya 18 adda 20 sayda qədim musiqi alətləri təqdim olunur. Bu alətlər içərisində bərbəd, kamanlı rübab, şirud tənbur, çoğur, bəm rübab, çəng, qabaq kaman, musiqar, ağız qopuzu, ovuc neyi kimi alətlər filarmoniyada ilk dəfə istifadə ediləcək. Hədiyyə edilən qədim musiqi alətləri filarmoniya üzvlərinin peşəkar ifaçılığına, nəticə etibarilə, konsert proqramlarının professional formada təqdimatına böyük imkan verəcəkdir. Bundan başqa, həmin qədim musiqi alətləri musiqi mədəniyyətimizin təbliği və tanıdılmasında da müstəsna əhəmiyyət kəsb etməkdədir. Belə ki, ifaçılar və konsert proqramlarının iştirakçıları həmin qədim musiqi alətləri, eləcə də ondan istifadə haqqında müvafiq bilik və təsəvvürə yiyələnə biləcəklər.

Natəvan Qədimova bu münasibətlə filarmoniya kollektivlərini təbrik edib və onlara yeni yaradıcılıq uğurları arzulayıb. O, milli musiqi sənətimizin, ümumilikdə, milli dəyərlərimizin yaşadılması və təbliğinə göstərdiyi yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bütün mədəniyyət işçiləri adından dərin minnətdarlığını bildirib.

Tədbirdə Naxçıvan Musiqi Kollecinin müəllimi İxtiyar Seyidov, Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov çıxış ediblər.

Sonda tədbir iştirakçıları təqdimatı keçirilən qədim musiqi alətləri ilə tanış olublar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az