Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Sen
2019
10:56
768

03
Sen
10:56




“Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin sentyabr sayı çapdan çıxıb

Teatr-konsert müəssisələrində yeni mövsümlə bərabər “Mədəniyyət” qəzetinin aylıq “Afişa” əlavəsi də yenidən sənətsevər oxucuların görüşünə gəlib.

Mədəniyyət Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, ənənəvi olaraq bu il də ölkəmizdə musiqi mövsümü dahi Üzeyir Hacıbəylinin adını daşıyan festivalla başlanır. XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı həm müddəti, həm də iştirakçı və tədbirlər sayının çoxluğu ilə öncəki illərdən fərqlənəcək. Musiqi bayramı 18-30 sentyabr tarixində – 13 gün ərzində çeşidli konsert proqramları və opera-balet tamaşaları, ustad dərsi, dəyirmi masa, təqdimat və yubiley gecələri ilə birlikdə 40-dan artıq tədbiri əhatə edəcək. Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək festivala 10-dan çox ölkədən musiqiçi və kollektivlər qatılacaq.

Akademik Opera və Balet Teatrı, Akademik Musiqi Teatr da pərdələrini Üzeyir bəyin ölməz əsərləri ilə açacaq. Ümumilikdə isə teatrların yeni mövsümün ilk ayı üçün maraqlı repertuarı var. Bütün bunlar, eləcə də paytaxtın digər mədəniyyət ocaqlarının sentyabr sayı üçün repertuar və tədbirləri “Afişa”nın yeni sayında dolğun şəkildə əksini tapıb. Odur ki, mənalı mədəni istirahət üçün paytaxtın incəsənət həyatında nəyin harada və nə vaxt olacağını öyrənməyə dəyər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə hazırlanaraq çap olunan “Mədəniyyət+Afişa”nın hər buraxılışı mədəniyyət ocaqlarında Bakı sakinləri, eləcə də şəhərin qonaqları arasında pulsuz yayılır, həmçinin “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlara təqdim edilir.

“Afişa” əlavəsinin sentyabr sayında Akademik Opera və Balet, Akademik Milli Dram, Akademik Musiqili, Akademik Rus Dram, Gənc Tamaşaçılar, Kukla, Yuğ, Pantomima teatrlarında göstəriləcək tamaşalar, Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Kamera və Orqan Musiqisi Zalı, Beynəlxalq Muğam Mərkəzi, Dövlət Mahnı Teatrı, Bakı Musiqi Akademiyasının Opera studiyası və digər məkanlarda təqdim olunacaq konsertlər, Heydər Əliyev Mərkəzində, Bəstəkarlar İttifaqında, muzeylərdə keçiriləcək sərgi və təqdimatlar barədə məlumat almaq mümkündür. Nəşrdə teatrlardakı tamaşaların nümayiş günü və saatı ilə bərabər, ayrı-ayrı səhnə əsərlərinin mövzusu, yaradıcı heyəti barədə qısa yazılar, həmçinin konsertlər, sərgilər və s. barədə anons-informasiyalar da verilib.

Bu ay ölkəmizin və paytaxtın mədəni həyatında növbəti kitab bayramı ilə də yadda qalacaq. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 27-29 sentyabr tarixində VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Bakıda beynəlxalq kitab sərgisi 2009-cu ildən etibarən ənənəvi olaraq iki ildən bir keçirilir. “Afişa” əlavəsinin oxucuları Bakı İdman Sarayında təşkil olunacaq sərgi-yarmarka barədə də məlumat əldə edə bilərlər.

Qeyd edək ki, “Mədəniyyət” qəzetinin “Afişa” əlavəsinin yeni sayı 2 sentyabr tarixindən paytaxtdakı 1, 2, 3 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində, 1 saylı "ASAN Kommunal" mərkəzində, eləcə də Bakı şəhərindəki teatr-konsert müəssisələrində vətəndaşlara təqdim olunur. Bundan əlavə, nəşrin yeni buraxılışını M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının oxucuları da əldə edə bilərlər.

Nəşrinin məqsədi ictimaiyyəti, sənətsevərləri paytaxtın mədəniyyət və incəsənət məkanlarının fəaliyyəti barədə məlumatlandırmaq, əhalinin mədəni istirahətinin dolğun təşkili üçün bu müəssisələrin fəaliyyətinə informasiya dəstəyi verməkdir. Rəngli tərtibatda, yığcam, praktik formatda hazırlanan qəzetdə hər kəs öz zövqünə, maraq dairəsinə uyğun mədəni istirahət məkanı, istədiyi günə, saata uyğun tamaşa, konsert, sərgi seçərək vaxtını səmərəli dəyərləndirə bilər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az