Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Sen
2019
16:43
1248

03
Sen
16:43



Vyanada Azərbaycan mədəniyyətinə həsr edilən bədii axşam təşkil olunub

Sentyabrın 2-də Vyanada keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri” mədəniyyət həftəsi çərçivəsində Azərbaycana həsr olunan bədii axşam təşkil edilib.

Xeberoxu.az-ın məlumatına görə, Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunmuş tədbiri mərkəzin rəhbəri Leyla Qasımova açıb. O, mədəniyyətlərarası əlaqələrin inkişafına töhfə verən bu cür tədbirlərin qarşılıqlı münasibətləri inkişaf etdirdiyini, mədəni və incəsənət əlaqələrinin inkişafının dinc, birgəyaşayış üçün ən uğurlu vasitələr olduğunu qeyd edib.

Azərbaycanın həm müasir incəsənət, həm də ənənəvi-milli incəsənət nümunələri bədii axşamın proqramına daxil edilib.

Tədbirin həmtəşkilatçısı Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatının (BMMT) rəhbəri Yosipa Palaç uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərinə təşəkkür edib, beynəlxalq qurumun mədəniyyətlərarası dialoqun inkişafı üçün keçirdiyi layihələrə Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.

Sonra tədbir iştirakçılarına azərbaycanlı rəssam və heykəltəraş Elvin Nəbizadənin “LOST LAND” videoinstallasiyası təqdim olunub. Çörək, onun Azərbaycan cəmiyyətində qəbul olunan simvolik və məcazi xüsusiyyətləri, eləcə də insanın çörəyi itirməklə qarşılaşdığı fəlakətli vəziyyətin əks olunduğu görüntülər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində ərsəyə gələn və Azərbaycanda məskunlaşmış etnik qruplara həsr olunan “Bir günəş altında” sənədli filmi nümayiş edilib.

Azərbaycan Dövlət Rəqs Ansamblının solistləri Alina Qontareva, Valeriya Konkina, Nurlan Rza-zadə və Eldar Hüseynovun ifasında “Qarabağ”, “Naz eləmə”, “Ağ çiçəyim”, “Sarı gəlin” və digər Azərbaycan milli musiqi nümunələri məharətlə ifa olunub. Rəqqasların ifası tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Qeyd edək ki, Beynəlxalq Mədəni Müxtəliflik Təşkilatı tərəfindən keçirilən “Mədəniyyətlərarası bağlılığın uzun gecələri“ mədəniyyət həftəsi sentyabrın 6-dək davam edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Qeyri-sabit hava nə vaxtadək davam edəcək?







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az