Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Sen
2019
00:45
594

05
Sen
00:45




Bakıda “Salam” beynəlxalq kinofestivalı açılıb -VİDEO

Sentyabrın 2-dən 5-dək “Nərimanfilm” kinostudiyası, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının dəstəyi və “Pasha Holding” MMC və bir sıra təşkilatların sponsorluğu ilə “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçirilir.

Xeberoxu.az-ın məlumatına görə, “CinemaPlus Amburan Mall”da festivalın açılış mərasimi keçirilib.

Mərasimdə mədəniyyət və incəsənət xadimləri, gənclər təşkilatlarının və ölkəmizdə fəaliyyət göstərən səfirliklərin nümayəndələri iştirak ediblər.

Mədəniyyət Nazirliyinin Filmlərin qeydə alınması, təbliği və yayımı sektorunun müdiri, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, “Nərimanfilm”in direktoru, Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədov, Macarıstanın və Hindistanın ölkəmizdəki səfirliklərinin əməkdaşları çıxış edərək festivalın işinə uğurlar arzulayıblar.

Bildirilib ki, festivalın məqsədi gənclərin milli-mənəvi və bəşəri dəyərlərə uyğun tərbiyə olunması, Azərbaycan və digər ölkələrin yeniyetmələri arasında dostluq əlaqələrinin yaradılması, mədəniyyətimizin təbliğidir.

Festivala 11 ölkədən 300-ə qədər 13-17 yaşlı yeniyetmə və gənc dəvət olunub. Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İtaliya, Almaniya, Xorvatiya, Makedoniya, Pakistan və Hindistandan olan iştirakçılar festival müddətində azərbaycanlı ailələrdə yaşayacaq və milli adətlərimizlə yaxından tanış olmaq imkanı qazanacaqlar.

Festivalın təsisçisi Nəriman Məmmədov deyib: “Ümid edirəm, festival uşaqlarımıza əcnəbilərlə dostlaşmağa kömək edəcək. Xarici qonaqlar isə vətənlərinə qayıtdıqda öz yaşıdlarına möhtəşəm ölkəmiz haqqında danışacaqlar”.

Festival gedişində iştirakçılar dünya kinematoqrafiyası nümunələrinə baxaraq müzakirə edəcək və münsif kimi səs verərək qalibləri müəyyənləşdirəcəklər. Tədbir çərçivəsində film nümayişləri ilə yanaşı, praktik məşğələlər, əyləncəli proqramlar və ekskursiyalar da həyata keçiriləcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az