Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Sen
2019
23:18
1864

06
Sen
23:18



Ziyafət Əsgərov: Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətləri var

Bu gün Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycanda səfərdə olan Pakistanın Xeybər Paxtunxva Əyalət Assambleyasının nümayəndə heyəti ilə görüşüb.

XeberOxu.Az-ın məlumatına görə, Pakistan Senatı və Milli Assambleyası ilə yaxşı əlaqələrimiz olduğunu qeyd edən I vitse-spiker bildirib ki, dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri var, Azərbaycan dövləti bu münasibətlərin inkişafına mühüm əhəmiyyət verir. Z.Əsgərov qeyd edib ki, Pakistan dövləti hər zaman beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini, ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.

Xeybər Paxtunxva Əyalət Assambleyasının sədri Müştaq Əhməd Qani ölkəmizin müstəqilliyi dövründə inkişaf edən əlaqələrimizdən, Heydər Əliyev Fondunun Pakistandakı xeyriyyəçilik tədbirlərindən söz açıb. O, Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycanın inkişafında yüksək nəticələr əldə olunduğunu vurğulayıb, iki ölkə arasında əlaqələri genişləndirməyin yaxşı perspektivləri olduğunu diqqətə çatdırıb.

Qonaq Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın haqlı mövqeyinə tərəfdar çıxdıqlarını, 2012-ci ildə Pakistan parlamentində Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul etdiklərini xüsusi qeyd edib.

Görüşdə Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand iştirak edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi







Bu il 39 hakim cəzalandırılıb, 6 hakim işdən çıxarılıb







"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı







BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.