Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
12:35
1906

07
Sen
12:35



Əli Əhmədov: Terrorizmin aradan qaldırılması İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələdir

Etiraf etmək lazımdır ki, terrorizm kimi hadisələr bütövlükdə Asiya siyasi mədəniyyətinə xas olan hal deyil. Lakin təəssüf ki, terrorizmin Asiya qitəsində insanlara gətirdiyi bəlaları görməmək mümkün deyil. Əminəm ki, İCCAP bu sahədə olan problemlərin aradan qaldırılması istiqamətində öz üzərinə düşən missiyasını lazımınca yerinə yetirə bilir.

XeberOxu.Az-ın məlumatına görə, bunu Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP – İnternational Conference of Asian Political Parties) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının açılışında çıxış edərkən deyib.

Ə.Əhmədov vurğulayıb ki, bütövlükdə Asiya regionunda bu və ya digər xarakterli siyasi problemlərin müzakirə olunması nöqteyi-nəzərindən bu konfrans əhəmiyyətli platformadır.

Baş nazirin müavini bildirib ki, cəmiyyətin və bəşəriyyətin gələcəyini Asiya ölkələrində bu gün müşahidə olunan inkişafdan ayrı təsəvvür etmək mümkün deyil: “Asiya dünyanın iqtisadiyyatına, inkişafına böyük töhfələr verir, gələcək inkişaf nöqteyi-nəzərindən böyük potensial olaraq özünü təqdim edir.
Asiya bir çox təzadlarla müşahidə olunan regiondur. Bir yandan yüksək inkişaf getdiyi yerdə, digər tərəfdən inkişafın geridə qaldığını göstərən hallar da narahatlıq yaradan dərəcədə özünü büruzə verir. Bir yanda böyük zənginlik olduğu kimi, digər tərəfdən yoxsulluq mövcuddur. Bu da bütövlükdə Asiya regionunun rəngarəng palitraya sahib olduğunu göstərir”.

Ə.Əhmədov vurğulayıb ki, Asiyanın bugünkü reallıqlarını müzakirə etməklə yanaşı, ölkələri narahat edən problemlər üzərində diskussiyalar aparmaqla regionun gələcək inkişafı ilə bağlı layihələrin hazırlanması məsələsində konfransın üzərinə böyük iş düşür: “Xüsusilə də gənclər və qadınlarla bağlı problemi ayrıca vurğulamağa ehtiyac var. Asiya ölkələri üçün xarakterik olan məsələlərdən biri də əhalinin dinamik artımı ilə bağlı onun tərkibində gənc insanların xüsusi çəkisinin yüksək olması ilə əlaqədardır. Bu da İCAPP-ın fəaliyyətində gənclərlə bağlı görülməli olan işlərin nə qədər əhəmiyyətli olduğundan xəbər verir.

Demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində İCAPP-ın böyük rolunun olması mümkündür. Hesab edirəm ki, regiona daxil olan ölkələrin inkişafının təmin edilməsinin çox ciddi şərtlərindən biri siyasi plüralizmin inkişaf etdirilməsi, demokratiyanın, insan haqlarının inkişaf etdirilməsinə dəstək verilməsidir. Bir yandan iqtisadi potensialın daha da gücləndirilməsi, texnoloji inkişafın təmin edilməsi, digər tərəfdən bölgədə müşahidə olunan böyük fərqlə geridə qalma İCAPP-ı düşündürən, diskussiyaya səbəb olan məsələlərdən biridir.
Bizi narahat edən, bütövlükdə region üçün problemə çevrilən terrorizm kimi halların aradan qaldırılması da yəqin ki, İCAPP çərçivəsində müzakirə olunacaq ciddi məsələlərdəndir”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.