Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
22:01
2014

10
Sen
22:01



Polad Bülbüloğlu İsveçin Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb
Sentyabrın 10-da Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu İsveçin Rusiyaya yeni təyin olunmuş səfiri xanım Malena Mardı qəbul edib.
Xeberoxu.Az xəbər verir ki, Səfirlikdən APA-nın Moskva bürosuna verilən məlumata görə, həmkarını Rusiyaya təyinatı ilə əlaqədar təbrik edən Azərbaycanın Rusiyadakı səfiri ona diplomatik fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Görüşdə Azərbaycanla İsveç arasında ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin, iki ölkənin mövcud potensialından tam şəkildə istifadə olunmasının vacibliyi vurğulanıb.
Polad Bülbüloğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, hazırkı durumu barədə ətraflı söhbət açaraq, bir milyondan artıq həmvətənimizin doğma yurd-yuvalarından məcburi köçkün və qaçqın düşməsinə səbəb olmuş işğal faktının hələ də davam etdiyini bildirib.  
Münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinin regionda sülhün və sabitliyin bərqərar olmasına bilavasitə təsir edəcəyini söyləyən Azərbaycanın səfiri, mövcud status-kvonun qəbuledilməz olduğunu vurğulayıb. 
Bundan əlavə o qeyd edib ki , Azərbaycanın üzləşdiyi problem bilavasitə separatçılıqla bağlıdır. Diplomat  Avropanın bir sıra ölkələrinin də qarşılaşdığı bu kimi təhdidlərdən heç bir dövlətin sığortalanmadığını və belə çağırışlarla mübarizədə bütün dövlətlərin səylərinin birləşdirilməsinin vacibliyini önə çəkib. 
Səfir Ermənistanın hazırkı rəhbərliyinin separatçılığı təşviq edən, sülh prosesinə xələl gətirən, ölkəsinin Azərbaycana qarşı 30 ildən artıq apardığı işğalçı siyasətinə və ərazi iddiasına bəraət qazandıran bəyanatlarla çıxış etməsi və dünya birliyi tərəfindən bu cür təxribat xarakterli addımlara hüquqi qiymətin verilməməsinin beynəlxalq səviyyədə cəzasızlığın baş qaldırmasına təkan verdiyini vurğulayıb.
Görüş əsnasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.