Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
02:00
522

11
Sen
02:00




Barama istehsalında son 21 ilin ən yüksək göstəricisi qeydə alınıb

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda bu ilin ilk 7 ayında kənd təsərrüfatının ümumi məhsulu 6,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalı 9,5 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 3,1 faiz artıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən Xeberoxu.Az-a verilən məlumata görə, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin icra vəziyyəti müzakirəsi zamanı deyilib.

Bundan başqa, ölkədə 643 ton barama istehsal olunub ki, bu da son 21 ilin ən yüksək göstəricisidir. Həmçinin, tərəvəz, bostan məhsulları və ayrı-ayrı meyvəçilik sahələri üzrə də məhsuldarlıqda əsaslı artımlara nail olunub.

Ümumiyyətlə isə 2019-cu ilin yanvar-iyun aylarında yaşıl çay yarpağı istisna olmaqla, ölkədə bütün kənd təsərrüfatı məhsullarının istehsal həcmi artıb. 2019-cu ilin yanvar-iyun aylarında 411.8 milyon dollar həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub ki, bu da ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 27.9 faiz artım deməkdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az