Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
05:30
483

11
Sen
05:30




“Güzəştli mənzil” sisteminin təkmilləşdirilməsi davam etdirilir

“Elektron hökumət” portalı üzərindən "Güzəştli mənzil" sistemi vasitəsilə 12 və 14 iyul 2019-cu il tarixlərində həyata keçirilmiş onlayn mənzil seçimi prosesi başa çatmış, seçim prosesi yekunlaşdıqdan sonra nüfuzlu beynəlxalq audit şirkəti "Ernst & Young" (“EY”) "Güzəştli mənzil" sistemini kompleks audit yoxlamalarından keçirərək sistemdə aparılmış bütün əməliyyatları hərtərəfli təhlil edib və öz müsbət “SOC 3” rəyini təqdim edib.

Mənzil İnşaatı Dövlət Agentliyindən Xeberoxu.Az-a verilən məlumata görə, agentlik tərəfindən istifadəyə verilmiş "Güzəştli mənzil" sistemi Azərbaycanda “SOC 2” və “SOC 3” rəylərini almış ilk və yeganə elektron sistemdir. Bu, sistem vasitəsilə göstərilən xidmətlərin təşkilinin nəzarətdə olmasını, mənzillərin satışı zamanı “Güzəştli mənzil” sisteminin hər bir istifadəçisinə bərabər seçim şəraitinin yaradılmasını, şəffaflığın və operativliyin təmin edilməsini təsdiqləyir.

Bununla yanaşı, “Amerika Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu”nun (AICPA) müəyyən etdiyi təhlükəsizlik, konfidensiallıq, proseslərin bütövlüyü (tam, etibarlı və dəqiq), əlçatanlıq və fərdi məlumatların qorunması kimi tələblərinə uyğun olaraq “Güzəştli mənzil” sistemindən istifadə zamanı vətəndaşların rahatlığını təmin etmək məqsədilə müvafiq təkmilləşdirilmə işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən müntəzəm olaraq davam etdirilir.

Yuxarıda sadalanan tələblərdən biri də mənzil seçimi prosesində iştirak edən istifadəçilər tərəfindən “CAPTCHA” (simvollardan ibarət avtomatlaşdırılmış kod) kodunun daxil edilməsi ilə bağlıdır. "Güzəştli mənzil" sistemində tətbiq edilən bu yenilik mənzil seçimi zamanı şəffaflığın təmin olunması, bərabər şəraitin yaradılması prinsipinin qorunub saxlanılmasına imkan verəcək, eyni zamanda sistemin təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az