Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
16:00
327

10
Okt
16:00



Həkimlərimizi tanıyın: Pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşova

“Həkimlərimizi tanıyın!” rubrikamızda sizlərə təcrübəli həkim, balaca pasiyentlərinə qarşı çox mehriban və diqqətcil olan pediatr-neonatoloq-reanimatoloq Dr.Təranə Göyüşovanı təqdim edirik.

1992-ci ildən əmək fəaliyyətinə pediatr-neonatoloq-reanimatoloq kimi başlayan və bu günə qədər fasiləsiz olaraq sevdiyi bu peşə ilə məşğul olan DR.TƏRANƏ GÖYÜŞOVA Mərkəzi Gömrük Hospitalının Neonatologiya bölümündə vaxtında və vaxtından əvvəl doğulmuş uşaqlara ilk reanimasiyon yardım və sonraki təqib, traxeya intubasiyası, mərkəzi damarların kateterizasiyası, Pediatriya bölümündə - usaqların ümumi müayinəsi, diaqnostikası və müalicəsi (ürək-qan-damar tənəffüs, mədə-bağırsaq, ifrazat, sinir sistemləri), vaksinasiyanın aparılması və s. işləri həyata keçirir.

Dr.Təranə Göyüşova 1991-ci ildə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Pediatriya İnstitutunda pediatriya ixtisası üzrə internatura keçmişdir.

Dr.Təranə Göyüşova 2007-ci ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasının neonatologiya şöbəsində, 2009-cu ildə Türkiyənin Hacettepe Universitetinin uşaq xəstəxanasında, həmin ildə Avstriyada, Graz Landeskrakenhhaus Universitet klinikasında, 2010-cu ildə Türkiyənin Ankara Universitetinin uşaq xəstəxanasında yenidoğulmuşların reanimasiya şöbəsində, 2018-ci ildə Avstriyada, Medical University of Graz-ın Pediatriya departamentinin yenidoğulmuşlar şöbəsində çalışmışdır.

Dr.Təranə Göyüşova öz üzərində daim çalışan, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda müntəzəm iştirak edən, biliklərini artıran və iş təcrübəsində bu bilikləri tətbiq edən təcrübəli uşaq həkimidir. O, 2003-cü ildə Avstriyada keçirilən pediatrik kardiologiya, 2013-cü ildə Türkiyədə keçirilən Neonatoji konqresdə, 2014-cü ildə Belçikada Beynəlxalq Pediatrik Pulmonologiya konqresində, 2015-ci ildə Türkiyədə keçirilən İtaliyan-Türk-İran Pediatrik konqresində, 2016-cı ildə Almaniyada Spandau LKH-də neontoloji intensiv terapiya kursunda, 2018-ci ildə Azərbaycanda keçirilən Neonatologiya üzrə Azərbaycan-Türkiyə 1-ci intensiv təlim kursunda və digər beynəlxalq tədbirlərdə iştirak etmişdir. 2014-ci ildən Səhiyyə Nazirliyinin neonatal xidmətinin təkmilləşdirilmə komissiyasının üzvüdür.

Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/tarana-goyshova/

Dr. Təranə Göyüşovanın qəbuluna yazılmaq üçün əlaqə nömrələri: (012) 404-08-08.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az