Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Iyun
2019
20:04
1053

11
Iyun
20:04




Hərracda rəqabət: “Xronika” kinoteatrının start qiyməti 2 dəfə artdı

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Xeberoxu.az-a verilən məlumata görə, hərraclara çıxarılan əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb. Özəlləşmə prosesinin sadalanan müsbət cəhətlər alıcıların sayını artırmaqla budəfəki hərracda da rəqabət yaradıb. Belə ki, Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrına edilən təkliflər ard-arda səslənib. İlkin start qiyməti 77 min 500 manat olan bu əmlaka ən son 166 min 500 manat təklif edilib. İnvestor həmin obyektə kapital yatırmaqla xidmət sahəsində yaxşı gəlir əldə edə bilər. Həmin əmlakın ümumi faydalı sahəsi 143 kv.m, torpaq sahəsi isə 1000 kv.m-ə yaxındır. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Analoji hal nəqliyyat vasitələrinin hərracında da müşahidə edilib. Belə ki, "VAZ-21041" markalı avtomobilin ilkin start qiyməti 2100 manat olmasına baxmayaraq edilən təklif 3200 manata kimi yüksəlib. İstehsal tarixi 2008-ci il olan digər "VAZ-21041" markalı olan maşın 2100 manat olsa da 3500 manata sahibini tapıb.

Budəfəki hərracda 1 səhmdar cəmiyyəti, 1 kiçik dövlət müəssisəsi, 3 qeyri-yaşayış sahəsi, 4 nəqliyyat vasitəsi özəlləşdirilib.

Özəlləşən qeyri-yaşayış sahəsi Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşir. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 70,1 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Sumqayıtda yerləşən ümumi faydalı sahəsi 25 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.

Özəlləşən səhmdar cəmiyyəti isə Zaqatala Sənaye Kombinatıdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az