Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
04:00
540



Hindistanın Rajastan ştatındakı Jaipur şəhəri Dünya İrs Siyahısına salındı

İyulun 6-da Dünya İrs Komitəsi sessiyasının plenar iclasında baxılan növbəti nominasiya Hindistanın Rajastan ştatındakı Jaipur şəhəri ilə bağlı olub.

XeberOxu.az-ın məlumatına görə, ICOMOS (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) nümayəndəsi Dünya İrs Siyahısına təqdim edilən nominasiya ilə bağlı məlumat verdi. Bildirildi ki, XVIII əsrin əvvəllərində əsası qoyulan şəhərin özünəməxsus memarlıq üslubu var. Hind, Moğol memarlığı və müasirliyi özündə birləşdirir. Buna baxmayaraq şəhər ənənəvi yaşayış mülkiyyət meyarları ilə bağlı əlavə tədbirlər görülməlidir. Burada qorunma planı adekvat deyil və yeni idarəçilik sisteminə ehtiyac var.

Dünya İrs Komitəsinə üzv dövlətlərin (Komitənin 21 üzvü var) təmsilçiləri məsələyə dair fikirlərini bildirdilər. Braziliya faylı təsdiqlədiyini və şəhərin 9 orijinal darvazasının tarixi şəhər statusunu saxlamağa layiq olduğunu vurğuladı. Hindistan nümayəndəsi faylla bağlı ətraflı məlumatı diqqətə çatdırdı.

Norveç, Bəhreyn, Kuba, Azərbaycan, Küveyt, Zimbabve, Tunis və digər ölkələr faylla bağlı müzakirələrdə nominasiyaya təqdim edilən mədəni irsin xüsusiyyət təhlilləri ilə bağlı mülahizələrini söylədilər. Qırğızıstan sənətkarlıq izlərinin də Jaipur şəhərinin təklif olunan nominasiyaya daxil olmasını yüksək qiymətləndirdi. Braziliya bununla yanaşı faylın yaradıcı dəyəri olduğu üçün nominasiyanın mətninə dəyişiklik edilməsini təklif etdi. Məsələ ilə bağlı geniş müzakirələr aparıldı. Braziliyanın təklifi, xüsusi zonalı irs planına salınması ətrafında tövsiyələr diqqətə çatdırıldı.

Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev diqqətə çatdırdı ki, 14 ölkə Braziliyanın təklifinə səs verib. Beləliklə, faylın yeni mətninə əlavələr, memarlıq nəzarəti, hüquqi mühafizəni təkmilləşdirmək terminləri daxil edildikdən sonra nominasiya qəbul edildi.

Hindistan nümayəndəsi faylın qəbulundan qürur duyduqlarını bildirdi və təşəkkür etdi.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az