Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə




14 Mart
2019
09:52
273



KİV nümayəndələri “Mazımçay” gömrük postunda olublar

Kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna səfər edib.

Dövlət Gömrük Komitəsindən (DGK) Xeberoxu.az-a verilən məlumata görə, DGK-nin tədbir media nümayəndələri üçün “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda keçirdiyi təlim çərçivəsində baş tutub.

Məqsəd media nümayəndələrinə bu il fevralın 1-dən “Yaşıl dəhliz” buraxılış sisteminin “Mazımçay” gömrük postunda tətbiqini əyani şəkildə nümayiş etdirmək olub.

Bildirilib ki, ixrac zamanı şəxs malları yükləmədən 1 saat öncə gömrük orqanına məlumat verir. Gömrük orqanı bu müddət ərzində risk analizləri əsasında təhlil aparır. Gömrük orqanı icazə verdikdən sonra gömrük təminat vasitələri tətbiq edilərək nəqliyyat vasitəsi sərhədə yola salınır.

İdxal zamanı mallar ölkə ərazisinə gətirilməzdən 1 saat öncə qısa idxal bəyannaməsi göndərilir. Həmin bəyannaməyə əsasən nəqliyyat vasitəsinin gömrük-sərhəd buraxılış məntəqəsindən sürətli keçidi təmin olunur və nəqliyyat vasitəsi birbaşa şəxsin anbarına yola salınır.

Məlumat verilib ki, Azərbaycan Prezidentinin “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli, 427 nömrəli Fərmanına əsasən “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqi ilə ixrac və idxal zamanı gömrük nəzarəti sahəsinin bir qismi artıq xarici ticarət iştirakçılarına verilib.

Qeyd edilib ki, bu sistemin tətbiqi məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi, şəffaflığın təmin olunması istiqamətində mühüm addımdır.

Bu il ümumilikdə 200-ə yaxın xarici ticarət iştirakçısına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Xatırladaq ki, “Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət” mövzusunda təlim martın 15-dək davam edəcək.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Nazarbayev istefa qərarını Putinə deyibmiş







Tanınmış meyxanaçı Aydın Xırdalanlı dünyasını dəyişib







İzləyicisinə "Gelandewagen" hədiyyə edən Hüseyn 3 milyon qazandı







“Dərman mafiyası”nın üzvləri azadlıqda - Məhkəmə qərarı +Yenilənib







Nursultan Nazarbayev istefa verib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az