AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



11 Iyun
2019
17:10
387



KOBİA-nın təşkilatçılığı ilə daha 18 sahibkar və menecer Almaniyada ixtisasartırma kursuna göndərilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 18 sahibkar və menecerdən ibarət daha bir qrup təlim və istehsalat təcrübəsi keçmək üçün Almaniyaya səfər edib.

KOBİA-dan Xeberoxu.az-a verilən məlumata görə, turizm, nəqliyyat, inşaat, İKT və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər 11 iyun-6 iyul tarixlərini əhatə edən ixtisasartırma kursu müddətində Almaniyanın Heydelberq şəhərində yerləşən “AHP-International” Tədris Mərkəzində təlim, müvafiq sahələrdə fəaliyyət göstərən alman müəssisələrində istehsalat təcrübəsi keçəcəklər. Təlim müddətində sahibkar və menecerlərin işgüzar əlaqələrinin qurulması və genişləndirilməsi üçün müxtəlif alman şirkətləri ilə görüşlərinin təşkili də nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində bu ilin 25 mart-19 aprel tarixlərində aqrar sahədə fəaliyyət göstərən 17 sahibkar və menecer Almaniyada ixtisasartırma kursu keçib.

Proqramın icra olunduğu 2009-cu ildən indiyədək isə 400-dən çox sahibkar və menecer Almaniyada təlim və təcrübə keçib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Azərişıq"da struktur dəyişikliyi - Yeni departament yaradıldı







Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır







Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib







Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az