Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Noy
2019
00:54
299

14
Noy
00:54



KOB-lar Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində

Kiçik və orta sahibkarlar noyabrın 13-də Bakı Ekspo Mərkəzində öz işinə başlamış 10-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində ("Caspian Ecology 2019") məhsul və xidmətlərini təqdim edirlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Xeberoxu.Az-a verilən məlumata görə, Agentliyin təşkilatçılığı, “bp” və “Paşa Holdinq”in dəstəyi ilə KOB-lar üçün ayrılmış xüsusi stenddə sahibkarlar soyuq sıxma üsulu ilə hazırlanmış orqanik bitki yağları, ekoloji çantalar, təkrar emal məhsulları, alternativ enerji vasitələri, su və külək turbinləri, günəş batareyaları, ekoloji təmiz qida məhsulları, meyvə quruları, çaylar və s. məhsullar təqdim edirlər.

KOB-ların təqdim etdiyi məhsullar sərgini ziyarət edən yerli və xarici qonaqlar tərəfindən maraqla qarşılanır.

KOBİA-nın əsas fəaliyyət istiqamətlərindən biri kiçik və orta sahibkarlıq subyektlərinin bazarlara çıxışına dəstək olmaqdır. Bu məqsədlə Agentlik müxtəlif dövlət dəstəyi mexanizmləri çərçivəsində KOB-lara dəstək göstərir ki, bunlardan biri də sahibkarların ixtisaslaşmış sərgilərdə iştirakının təmin edilməsidir. Bu dəstək çərçivəsində KOB-lar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim edir, satış imkanlarını genişləndirir, yeni biznes əlaqələri qururlar.

"Caspian Ecology 2019" Sərgisi noyabrın 15-dək davam edəcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.