Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Apr
2019
13:46
330



Kinematoqrafçılar İttifaqı gənclər üçün yeni pullu mükafat təsis etdi

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirilib.

Xeberoxu.az bildirir ki, İttifaqın mətbuat xidmətinin rəhbəri Əli Vəliyev Trend-ə bildirib ki, iclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Kinematoqrafiyasının İnkişaf konsepsiyası” ilə bağlı sərəncamın icrasına uyğun olaraq, müzakirələr aparılıb, təkliflər verilib. Həmin sərəncamın icrasına uyğun, iclasda veteranlara və gənclərə yardım fondu yaradılıb. Bu fond vasitəsiylə veteranlara və gənclərə mütamadi olaraq maddi yardımlar ediləcək.

Sonra qurumun sözçüsü qeyd edib ki, iclasda İttifaqın İdarə heyəti tərəfindən gənc kinematoqrafçılar üçün “Yeni nəfəs” Milli Mükafatı (pullu mükafat) təsis olunub. Bu mükafat hər il 2 avqust “Milli Kino” Günündə yaradıcıllıq axtarışında olan, öz işi ilə fərqlənən, uğurlar qazanan və Kinematoqrafçılar İttifaqının üzvü olan gənc kinematoqrafçılara təqdim ediləcək.

Daha sonra iclasda gündəlikdə olan digər məsələlər müzakirə edilib, kino sahəsində çalışan 30-dan çox şəxs İttifaqa üzv qəbul edilib.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az