RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 May
2019
13:53
513



Kiyevdə Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib -FOTO

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanın igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, “Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadəyə həsr olunan kitabın təqdimatı keçirilib.

Azərbaycanın Ukraynadakı Səfirliyindən Xeberoxu.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin qəhrəmanın yubileyi münasibətilə ərsəyə gətirdiyi Sloveniya yazıçısı Peter Amaliettinin “Bir nəfər hamı üçün, yaxud Mixaylonun qisası” kitabının Azərbaycan dilinə tərcümə olunan variantının təqdimatında xarici ölkələrin səfirlikləri, yazıçılar, tələbələr, müəllim və professor heyəti iştirak edib.
Tarix elmləri namizədi Oleq Kupçikin moderatorluğu ilə keçirilən təqdimatda çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, hələ Sloveniyada diplomatik korpusda çalışdığı zaman kitabın rus dilinə tərcümə etdirərək çapına nail olub. Mehdi Hüseynzadə Azərbaycanın şanlı tarixidir. Onun bütün dünyada tanıdılması üçün bu kitab ən gözəl vəsaitlərdən biri hesab edilir.

Səfir bildirib ki, igid qəhrəmanın keçdiyi şərəfli döyüş yolundan bəhs edən bu kitab gənc nəslə vətənpərvərlik ruhunun aşılanması baxımından əhəmiyyətlidir.
Azərbaycan Dövlət Tərcümə Mərkəzinin idarə heyətinin sədri, tanınmış yazıçı-dramaturq Afaq Məsud çıxışında bildirib ki, Mehdi Hüseynzadə döyüşərkən bəlkə də əbədi tarixdə qalacağını ağlına gətirməyib. Kitabın milli sərvət kimi bütün dillərə, o cümlədən Ukrayna dilinə tərcümə olunmasının vacibliyini vurğulayan A.Məsud qeyd edib ki, əsərdə Azərbaycanın milli-mental dəyərləri mövcuddur. Bu kitab təkcə Mehdi Hüseynzadə qəhrəmanlığı deyil, həmçinin Azərbaycanın tanıdılması baxımından əvəzsizdir. A.Məsud kitabın ərsəyə gəlməsində səfir A.Xudiyevə təşəkkürünü bildirib.

Kitabın Azərbaycan dilinə tərcüməçisi Fərhad Abdullayev isə hərbi mövzularda tərcümə işinin məsuliyyətindən danışıb. Bu kitabı tərcümə etmək, təkcə Mehdi Hüseynzadənin qarşısında deyil, bütün müharibədə həlak olan qəhrəmanlarımız qarşısında məsuliyyətdir.

Azərbaycanın Milli Qəhrəmanı Mirzə Quliyev çıxışında ölkəmizin tarixən milli qəhrəmanları ilə tanındığını söyləyib. Bu cür əsərlərin isə gənc nəslin qəhrəman kimi böyüməsində böyük töhfələr verdiyini vurğulayıb.

Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, gənc şair Şəhriyar Del Gerani çıxışlarında Mehdi Hüseynzadənin qəhrəmanlığından, hərbi mövzularda yeni əsərlərə ehtiyac olduğundan danışıblar.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az