Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Iyun
2019
22:02
1182

04
Iyun
22:02




Komitə sədrinin müavini: Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər

Dünyada din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.

Xeberoxu.az-ın məlumatına görə, bunu Xızı rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda keçirilən tədbirdə Komitənin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, müasir dövrdə bir çox dövlətlər dini ekstremizm və terrordan ciddi əziyyət çəkir.

G.İsmayılov deyib ki, terror hadisələri səbəbindən dünyanın bəzi regionlarında ictimai sabitlik pozulur, vətəndaş qarşıdurması yaranır, eləcə də tarixi memarlıq abidələri dağıdılır.

Sədr müavininin sözlərinə görə, son illərdə dünyada regional və qlobal müstəvidə baş verən hadisələr onu deməyə əsas verir ki, dinlərdən müasir dövrdə siyasi məqsədlərin və məkrli niyyətlərin həyata keçirilməsində geniş istifadə olunur. Hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili vacib rol oynayır və beynəlxalq güclər bundan məharətlə istifadə edirlər.

Bütün səmavi dinlərin, o cümlədən İslamın insanları sülhə, əmin-amanlığa, elm öyrənməyə səslədiyini vurğulayan G.İsmayılov deyib ki, istər Quranda, istərsə də başqa mənbələrdə bəşər övladına elmin dəyəri və insan həyatındakı əvəzedilməz rolu barədə çağırışlar edilib, elm öyrənənlərə, alimlərə hörmətlə yanaşılıb, cəhalət və cahillər isə kəskin şəkildə məzəmmət olunub.

Tədbirin sonunda DQİDK-nın sədr müavini Gündüz İsmayılov iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az