AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyun
2019
02:00
432



Liderlik məktəbinin üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi gününə həsr edilmiş tədbir keçiriblər

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi ötən illərdə olduğu kimi, bu il də 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi günü münasibətilə maarifləndirmə tədbiri keçirib.

Ombudsman Aparatından Xeberoxu.az-a verilən məlumata görə, qala qəsəbəsindəki Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzində təşkil edilmiş “Sağlam ətraf mühit naminə çalışaq” adlı tədbir uşaqların ekologiyanın qorunması, yurd sevgisi, zəngin təbii sərvətlərimizdən səmərəli istifadə edilməsi ruhunda tərbiyə olunmasına, onların ekoloji şüurunun formalaşmasına, həmçinin bioloji müxtəlifliyin mühafizəsinə yönəlib.

Tədbirdə Ombudsmanın Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova, Eko Park: Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev, ARDNŞ-in nümayəndələri, Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik məktəbinin üzvləri iştirak ediblər.

Tədbir çərçivəsində uşaqların plastik məişət tullatılarından hazırlanan əl işlərindən ibarət maraqlı sərgi təşkil edilib.

Ombudsman Aparatının əməkdaşı, Müvəkkilin Ekoloji hüquqlar üzrə ixtisaslaşmış müşaviri Gülnar Rəhimova çıxışında Uşaqların Beynəlxalq Müdafiəsi və Ümumdünya Ətraf Mühitin Mühafizəsi günləri, Ombudsmanın insan hüquqları, o cümlədən uşaq hüquqları, vətəndaşların ekoloji hüquqlarının müdafiəsi və təmini sahəsində çoxşaxəli fəaliyyəti, ekoloji mədəniyyətin təbliği və formalaşdırılması istiqamətində keçirdiyi tədbirlər, habelə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlığın qurulduğu, birgə tədbirlərin təşkil olunduğu haqqında ətraflı məlumat verildi.

Qeyd edildi ki, bu qəbildən olan tədbirlər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə start verilmiş “Ətraf mühitin mühafizəsinə dair beynəlxalq dialoq kampaniyası” (IDEA) global gənclik ekoloji kampaniyasına qoşulmaq, uşaqların ekoloji məsələlər ətrafında birləşdirilməsi, dünyanın qarşılaşdığı ən vacib qlobal məsələlərdən biri olan ekoloji tarazlığın pozulması və ekologiyanın çirklənməsi probleminə inteqrasiyası məqsədini daşıyır.

Vurğulandı ki, Ümummilli lider Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları ilə müvafiq sahədə mühüm işlər aparılır, ekoloji tarazlıq balansının gözlənilməsi üzrə tədbirlər görülür, əhalinin ekoloji hüquq və vəzifələrinin həyata keçirilməsi, həmin istiqamətdə maarifləndirmə təmin edilir.

Eko Parkın Ekoloji Tədqiqatlar Mərkəzinin direktoru Tahir Şıxəliyev tədbirin keçirilməsi üçün təşəbbüsə, habelə ekoloji hüquqların təmin olunması sahəsində çoxşaxəli fəaliyyətinə, uşaqların ekoloji siyasət layihələrinə cəlb olunmasının təmininə və bu sahədə maarifləndirilmələrinə görə Ombudsmana təşəkkürünü bildirib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin yetirmələrinin ekoloji hüquqların həyata keçirilməsi sahəsində apardıqları işlər barədə məlumatlar və prezentasiyalar dinlənilmişdir. Onlar bu mövzuda bir-birindən maraqlı ədəbi təqdimatlar, eləcə də maraqlı solo musiqi ifaları ilə çıxış etdilər..

Tədbirin sonunda Liderlik məktəbinin üzvləri Park ərazisində xatirə ağacı əkdilər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Azərişıq"da struktur dəyişikliyi - Yeni departament yaradıldı







Komitə: “Megafun”dakı hadisə hazırda ciddi şəkildə araşdırılır







Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib







Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT-nin xüsusi mükafatına layiq görülüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az