10 Fev 2019
10:51
![]() |
![]() Madrid derbisindən "Real" qalib ayrıldı "Real Madrid" futbol klubu İspaniya Çempionatının 23-cü turu çərçivəsində səfərdə "Atletiko Madrid" komandası ilə qarşılaşıb. XeberOxu.az-ın məlumatına görə, matç "kral klubu"nun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 16-cı dəqiqədə "Real" açıb, fərqlənən Kazemiro olub. Cəmi 9 dəqiqə sonra Antuan Qrizman oyunda hesabı bərabərləşdirib. Birinci hissənin sonlarında Serxio Ramos penaltini dəqiq yerinə yetirərək komandasını fasiləyə üstün yollayıb - 1:2. İkinci hissənin 75-ci dəqiqəsində "Real"ın hücumçusu Qaret Beyl qol vuraraq hesabda fərqi artırıb. "Real" və "Atletiko" cari mövsümdə üçüncə dəfə görüşüb. Komandalar avqustun 15-də İspaniya Superkuboku uğrunda (2:4) və sentyabrın 29-da ölkə çempionatının 7-ci turu çərçivəsində (0:0) qarşılaşıb. Diyego Simeonenin komandası üzərində qələbə qazanan "Real" turnir cədvəlində ikincici pilləyə yüksəlib (45 xal), "Atletiko" isə aktivində 44 xalla üçüncüdür. Cədvələ 50 xalla "Barselona" başçılıq edir. Bizimlə əlaqə saxlayın © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır ![]()
|
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |