Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
16:55
198



Məmmədyarov: Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur

Xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur.

Xeberoxu.az-ın məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsseldə erməni jurnalistlərin suallarını cavablandırarkən deyib.

Erməni jurnalistin "Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin danışıqlar prosesinə qoşulmadan münaqişənin nizamlanmasında heç bir irəliləyişə nail olmaq mümkün deyil" barədə ifadəsinə E.Məmmədyarov cavab verib:

“Fikrimcə, bu, tam düzgün deyil, çünki danışıqlar apardığımız bu illər ərzində həmsədrlər regiona səfər edib və Qarabağa gedib, orada erməni icmasının nümayəndələri ilə söhbət edib. Bundan başqa, həm əvvəlki, həm də indiki administrasiya, ümid edirəm ki, danışıqlarla bağlı erməni icmasını məlumatlandırır. Yeri gəlmişkən, sizin rəhbərliyiniz də bəyan etmişdi ki, məlumatlandırırlar. Məsələ onda deyil ki, iştirak edirlər, ya yox. Məsələ ondadır ki, prosesi başa çatdırmaq üçün nizamlanmaya ciddi siyasi yanaşma sərgiləməliyik. Mən bunu substantiv danışıqlar adlandırıram, siz predmet danışıqları adlandıra bilərsiniz. Öz Konstitusiyanızı oxuyun, ondan sonra danışarıq. Siz oturub özünüzü aldadırsınız, erməni xalqını aldatmaq istəyirsiniz. Mənim bir sualım var – Azərbaycanla 30 il müharibədən erməni xalqı nə əldə etdi?”

Erməni jurnalistin “Bəs Azərbaycan xalqı nə əldə etdi?” sualına cavab olaraq nazir yolların açılışını, qaz və neft kəmərlərinin tikintisini göstərib: “Bütün bunlar azdır?”

E.Məmmədyarov qeyd edib ki, xalqların sülhə hazırlanması dedikdə, ilk növbədə Ermənistanda sülhə hazırlıq nəzərdə tutulur:

“Sizin dörd ölkənin azı ikisi ilə sərhədləriniz bağlıdır. Üçüncüsü ilə də bağlanmaq üzrədir. Və? Düşünün, özünüzə sual verin”.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO







İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib - FOTO







Bakı-Şamaxı magistralının genişləndirilməsi işləri gələn il başa çatacaq -FOTO







Bakıda fərdi yaşayış evlərinin sənədləşdirilməsi işçi qrup yaradılıb -FOTO







Tülkülər məktəbdə məskən salıb - Cəlilabadda real təhlükə - VİDEO


Digər Gündəm sag teref xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az