Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Iyul
2019
14:04
528



Paytaxtda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb -Foto

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakı şəhəri, Binəqədi rayonu, Yəhya Hüseynov küç, ev 98 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qəmbərov Ələkbər Zaid oğluna məxsus çörək istehsalı sexinin antisanitar şəraitdə fəaliyyət göstərməsi barədə şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ünvanda Agentliyin əməkdaşları tərəfindən monitorinq aparılıb.

AQTA-dan XeberOxu.az-a verilən məlumata görə, monitorinq zamanı daxil olmuş şikayət öz təsdiqini tapıb. Belə ki, qanunsuz fəaliyyət göstərən çörək sexinə ilkin baxış keçirilərkən müəssisədə sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Baxış zamanı müəyyən edilib ki, sexdə istifadə olunan xammalların mənşəyi məlum deyil, eləcə də temperatur rejimi gözlənilmədən saxlanılır, hazır məhsullar laborator analizlərdən keçirilmir və dezinfeksiya işləri aparılmadığından istehsal sahəsində gəmiricilər mövcuddur.

Müəssisədə ilkin emal və soyutma sahəsi olmadığından unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, çörəklərin açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib.

Aşkar olunmuş nöqsanlar əsasında qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb və çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az