Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Sen
2019
16:12
903

08
Sen
16:12



Məşhur futbolçunu döydülər - Qıza sataşıb

İngiltərə millisinin üzvü Denni Drinkuoter Mançester şəhərində gecə klubunda döyülüb.

"Çelsi"nin "Börnli"yə icarəyə verdiyi yarımmüdafiəçi gecə klubunda spirtli içki qəbul edib. 29 yaşlı futbolçu "Skantorp Yunayted"in futbolçusu Denni Ntlenin sevgilisinə sataşıb. Sərxoş olan futbolçu Ntleye "Dostum, vecimə deyil, sevgilin bu gecə mənimlə getməlidir", - deyib. Nəticədə futbolçular dalaşıb. Səs-küy yarandığını görən mühafizə xidməti hər iki oyunçunu gecə klubundan kənarlaşdırıb.

 Hadisə şahidlərindən biri Drinkuoteri altı şəxsin döydüyünü deyib:

"Drinkuoter yaxın dostunun ad gününü qeyd edirdi. Spirtli içki qəbul etdikdən sonra inanılmaz dərəcədə sərxoş oldu. Çox sərxoş idi və hadisələrin çox hissəsini xatırlamır. Denni gecə klubunda bir qızla söhbət etmək üçün dəfələrlə cəhd elədi və onu rahat buraxmırdı. Qız ona oğlan dostu ilə gəldiyini desə də, Denni dinc dayanmadı, cəhd etdi. Daha sonra qızın futbolçusu sevgilisi məsələyə müdaxil etdi. Mübahisə böyüdü, bir-birlərini yumruqla vurdular. Hər ikisini gecə klubundan qovdular. Drinkuoter çölə çıxanda işlər daha da qəlizləşdi. Çöldə altı nəfər onu mühasirəyə aldı. Filmlərdəki kimi onu yerə yıxıb, üzünə və bədəninə zərbələr vururdular. Zərbələrin arası kəsilmirdi, ayaq biləyinin üstünə tullanırdılar. Ayağını qırmaq istəyirdilər. Drinkuoter indi pis utanır. "Börnli" ilə yaxşı performans ortaya qoymaq istəyirdi. Bu hadisədən sonra insanların onu günahlandıracağını bilir. Ciddi xəsarət alıb. Kənardan bərbad görünür".

Drinkuoteri "Börnli"dəki komanda yoldaşlarından birinin taksiylə hadisə yerindən uzaqlaşdırdığı bildirilir. Futbolçunun bir neçə günlük İspaniyaya qaçdığı deyilir. (Qafqazinfo)

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az