Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 May
2019
10:10
5202



Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib -FOTO

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə "Azərbaycana baxış: siyasi maraqlar media müstəvisində" mövzusunda "dəyirmi masa" keçirilib.

Şuradan Xeberoxu.az-a verilən məlumata görə, toplantını giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bir qayda olaraq Azərbaycandakı bütün mötəbər toplantılar, idman yarışları vaxtı ölkəmizə münasibətdə mənfi rəy yaratmaq yolu seçilir.

Eyni xoşagəlməz tendensiya yenə nəzərə çarpmaqdadır.

Bu, mayın 29-da UEFA Avropa liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədardır. "Dünyanın bir sıra kütləvi informasiya vasitələrindəki təqdimatlarda insanlarda ölkəmizlə bağlı bir növ, qorxu yaradılır. Azərbaycanın imici barədə mənfi rəy formalaşdırılır", - deyən Ə.Amaşov Azərbaycanın media ictimaiyyətinin məsələyə adekvat münasibətinin vacibliyini önə çəkib və rəhbərlik etdiyi qurumun təşkil etdiyi toplantının məqsədinə bu baxımdan aydınlıq gətirib.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Teleqraf Holdinq"in rəhbəri Aynur Camalqızı, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Azər Həsrət, həmçinin Şuranın sədr müavini Müşfiq Ələsgərli ölkəmizlə bağlı yaradılmış mənfi rəyi ümumən Azərbaycana qarşı aparılan informasiya siyasətinin tərkib hissəsi kimi dəyərləndiriblər. Onlar bildiriblər ki, ölkəmizdə aparıcı beynəlxalq şirkətlərin nümayəndəlikləri var və bu nümayəndəliklərdə dünyanın dörd yanından əcnəbilər çalışmaqdadırlar. İndiyədək bu şəxslərin heç biri ilə bağlı insidentin qeydə alınmadığı halda qərəzli fikirlərin gündəmə gətirilməsi məkrli mahiyyət daşıyır. Buna münasibətdə bütövlükdə Azərbaycan cəmiyyəti kimi, mediası da öz mövqeyini ortaya qoymalıdır. Çıxış edənlər həmçinin bildiriblər ki, beynəlxalq tədbirlərin, böyük idman yarışlarının təşkilində təcrübəyə malik Azərbaycan UEFA Avropa liqasının final oyununa da evsahibliyini layəqətli şəkildə həyata keçirəcəkdir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az