Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
14:41
456

02
Iyul
14:41



Millət vəkili: Azərbaycanda idmanın uğurlu inkişafı davam edir

Azərbaycan idmançıları II Avropa Oyunlarında uğurla çıxış etdilər. İdmançılarımızın əldə etdikləri nəticələr göstərir ki, ölkəmizdə idmana diqqət və qayğı yüksək səviyyədədir. İdmançılarımız 5 qızıl, 10 gümüş, 13 bürünc medalla "Minsk 2019"u 10-cu pillədə başa vurdu. Bu, Avropanın 50 ölkəsi içərisində uğurlu nəticədir. Fərəh hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycanda idmanın uğurlu inkişafı davam edir və bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.

XeberOxu.az xəbər veriki,bunu Trend-ə açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

R.Əliyev qeyd edib ki, Azərbaycanda idman siyasətinin düzgün müəyyən olunması nəticəsində bu sahədəki uğurlar ildən-ilə artır: "Bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eləcə də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva bu sahənin inkişafına xüsusi diqqət göstərir".

Millət vəkili II Avropa Oyunlarında əldə olunan nəticələrə görə idmançılarımızı və məşqçi heyətini təbrik edib, onlara gələcək yarışlarda uğurlar diləyib.

Qeyd edək ki, Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları artıq başa çatıb. Oyunlarda Avropanın 50 ölkəsindən 4 min idmançı medallar uğrunda mübarizə aparıb. Bu yarışlarda ölkəmizi 76 idmançı təmsil edib. Azərbaycan idmançıları oyularda ümumilikdə 28 medal qazanıb. İdmançılarımızın hesabında 5 qızıl, 10 gümüş, 13 bürünc mükafat var.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az