Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
10:21
1335

02
Iyul
10:21



Milli Dram Teatrında yeni hazırlanan “Dəli yığıncağı” tamaşası nümayiş olunub

Akademik Milli Dram Teatrında yeni hazırlanan “Dəli yığıncağı” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən XeberOxu.az-a verilən məlumata görə, Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanan tamaşanın nümayişindən əvvəl akademik İsa Həbibbəyli çıxış edib. O, Cəlil Məmmədquluzadənin yaradıcılığı haqqında geniş məlumat verib, ədibin zəngin irsində “Dəli yığıncağı”nın yerinin xüsusi olduğunu diqqətə çatdırıb.

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanovun quruluşçu rejissoru olduğu yeni səhnə əsərinin bəstəkarı Xalq artisti Siyavuş Kərimi, rəssamı Xalq rəssamı Nazim Bəykişiyev, növbətçi rejissoru Mehman Fətullayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Nərmin Həsənovadır.

Tamaşada səhnə hərəkəti və plastika Ceyhun Dadaşova məxsusdur.

Teatrın yeni yaradıcılıq əsərində Xalq artistləri Nurəddin Mehdixanlı (Fazil Küleyni), əməkdar artistlər Sənubər İsgəndərli (Doktor Lalbyuz), Elşən Rüstəmov (Molla Abbas), Vəfa Rzayeva (Pırpız Sona), Kazım Abdullayev (Hacı Nayib), Elşən Cəbrayılov və aktyor Elnur Qədirov (Formasyon Rüstəm), Vüsal Mustafayev (Sərsəm Salman), əməkdar artist Aslan Şirin və aktyor Rəşad Bəxtiyarov (Həmzat Qurban), əməkdar artist Rövşən Kərimduxt və aktyor İlyas Əhmədov (Cinni Mustafa), aktyor Mətləb Abdullayev (Şimrəli, Çavuş), əməkdar artist Əlvida Cəfərov (Hacı Məmmədəli), aktyor Rüstəm Rüstəmov (Hacı Xudaverdi), əməkdar artistlər Mirzə Ağabəyli (Hacı Cəfər), Elxan Quliyev (Hacı İslam), Kazım Həsənquliyev (Məşədi Hacı), Xalq artistləri Cəfər Namiq Kamal (Hacı Mədinə), Hacı İsmayılov (Hacı Əbdül Əzim), Rafiq Əzimov (Nəcəfül Əşrəf), əməkdar artistlər Məzahir Cəlilov (Hacı Bağdad), Əli Nurzadə (Kərbəlayi Türbət), Xalq artisti Əjdər Həmidov (Məkkə Məhəmməd), əməkdar artistlər Mətanət Atakişiyeva və İradə Həsənova (Məşədi Zeynəb), aktrisalar Firuzə Balayeva (Səkinə), Ləman İmanova, Dilarə Nəzərova, Fəridə Şahbazova çıxış edirlər.

“Dəli yığıncağı” pyesini Cəlil Məmmədquluzadə 1927-ci ildə Bakıda yazıb. Əsər özünün ideya-məzmun xüsusiyyətləri, hadisələri, obrazları ilə şərti, simvolik xarakterdədir. Əsas ideya dini mövhumat və xurafatın cürətli, kəsərli ifşasıdır.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşa Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az