Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Sen
2019
15:31
348

10
Sen
15:31




Səhiyyə Nazirliyi: Əli Əhmədovun donor olması üçün heç bir əks-göstəriş aşkarlanmayıb

Sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının Bakı və Abşeron üzrə rayon təşkilatının nümayəndələri qanvermə aksiyasında digər donorlar kimi, Əli Əhmədov da həkim müayinəsindən keçib, donor olmaq üçün heç bir əks-göstəriş aşkarlanmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Xeberoxu.Az-a verilən məlumata görə, sentyabrın 6-da Yeni Azərbaycan Partiyasının mənzil qərargahında YAP icra katibliyi də daxil olmaqla, Bakı və Abşeron üzrə rayon təşkilatının nümayəndələri qanvermə aksiyasında iştirak edib. Həmin aksiyada B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının təcrübəli tibb işçiləri tərəfindən könüllü donor olmaq istəyən şəxslərdən qan götürülüb:
"O cümlədən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov həmin aksiya zamanı qan verərək donorluq edib. Digər donorlar kimi, Əli Əhmədov da həkim müayinəsindən keçib, donor olmaq üçün heç bir əks-göstəriş aşkarlanmayıb. O, dəfələrlə qan verdiyi üçün, qanverməyə tam yararlı olması müəyyən edilib və qan götürülüb. Qanvermə prosesi tam normal keçib. Səhiyyə Nazirliyinin 10.07.2006-cı il tarixli 112 nömrəli əmrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 6 mart tarixli 61 nömrəli qərarı ilə təsdiq edilmiş 4 №-li əlavənin (Donorun tibbi müayinədən keçməsi, qanın, qan komponentlərinin götürülməsi qaydası) 1.11. bəndinə əsasən (1.11. Donorun yaş həddi 18-65 arasında olmalıdır. 65 yaşdan sonra ilkin donorluğa cəlbolunma qərarı cavabdeh həkimin rəyi əsasında verilə bilər.) 65 yaşdan yuxarı donorlar həkim rəyinə əsasən həm təkrar qanvermədə, həm də ilkin qanvermədə iştirak edərək donor ola bilərlər".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Sabiq millət vəkili vəfat etdi







Paytaxtda 68 yaşlı kişi meyiti tapılıb







Azərbaycanda qadınlar avtobusda saçyolduya çıxdılar - VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az