Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Sen
2019
12:04
609

17
Sen
12:04



Məhkəmə rüşvətə görə həbs edilən keçmiş polis əməkdaşları barədə qərar verdi
Bakı Apellyasiya Məhkəməsində dələduzluq və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Əli Nəcəfov və Vüsal Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hər iki şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, Ə.Nəcəfov Nərimanov Rayon Polis İdarəsində işləyən zaman bir neçə vətəndaşdan pul alaraq onları Daxili İşlər Nazirliyində işə düzəldəcəyi vədini verib.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı olmuş V.Əliyev isə öz qohumunu işə düzəltmək adı ilə ondan doqquz min manat pul alaraq, Ə.Nəcəfova verib. Daha sonra hər iki şəxs verdikləri vədlərə əməl etməyiblər.

Vətəndaşların şikayətindən sonra Ə.Nəcəfov ölkə xaricinə qaçıb. “İnterpol” xətti ilə axtarışda olmuş Ə.Nəcəfov Ukraynada saxlanılaraq Azərbaycana ekstradisiya edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Nəcəfov yeddi il müddətinə azadlıqdan məhrum olunub. V.Əliyev isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və barəsində həbs-qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayətləri veriblər.(oxu.az)
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az