RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



12 Iyul
2019
00:40
384



Mübariz Qurbanlı: İslami dəyərləri təbliğ edərək yeni nəslə çatdırmaqla bu din adı altında törədilən fəsadların qarşısını ala bilərik

İslamın əsl mahiyyətini gələcək nəslə çatdırmaqla bu din adı altında müsəlman ölkələrində törədilən fəsadların qarşısını ala bilərik.

XeberOxu.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda deyib.

Komitə sədrinin sözlərinə görə, Qafqazda bir sıra münaqişə ocaqları var və burada kimlərsə din adından istifadə etməyə cəhd edir:

"Lakin bu gün baş verən münaqişələrdə dini səbəb axtarmaq lazım deyil. Münaqişə ocaqlarının arxasında yalnız geosiyasi, iqtisadi maraqları olan qrupların əməlləri dayanır. Dinin bunlara hər hansı bir təsiri yoxdur. Nə "Qurani-Kərim", nə "İncil", nə də "Tövrat" insanları savaşa çağırır. Onlar, əksinə insanları sülh, əmin-amanlığa çağırır. Ona görə də biz İslam sivilizasiyasının Qafqazda yeri və rolundan danışdıqda regionda yaşayan xalqların tarixini, onların mənsub olduqları dinləri dəqiq bilməliyik. Ümumi Qafqaz Evi yaratmaqla - bu ideya yeni deyil, əvvəllər də mövcud olub - regionda yaşayan xalqlar arasında sülh, əmin-amanlığa nail ola bilərik. Bu da bütövlükdə Qafqazın inkişafına böyük təkan vermiş olar. Qafqaz Evi tolerant yanaşmada multikultural dəyərləri qorumağa xidmət edir".

M.Qurbanlı qeyd edib ki, İslamla bağlı tədqiqatların aparılması vacibdir, çünki bu gün dünyada islamofobiya və İslamdan sui-istifadə, bu din adı altında müxtəlif terror qruplarının yaradılması halları özünü göstərir.

Komitə sədri Azərbaycanın sivilizasiyalararası əlaqələrə önəm verdiyini də nəzərə çatdırıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az