Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Avq
2019
09:43
306



Müğənni Zemfira İbrahimova qayda pozduğu üçün cərimələndi - VİDEO
Yol polisi Yasamal rayonunda reyd keçirib.

Rayon poilis idarəsinin yol polis şöbəsinin əməkdaşları Mətbuat prospektində avtomobili qadağan olunmuş ərazilərdə park edən sürücülərə qarşı reyd keçirib. Məqsəd rayon ərazisində piyadaların təhlükəsizliyini təmin etməkdir.

XeberOxu.az xəbər verir ki,Polisin ərazidə xidmət aparmasına baxmayaraq bəzi sürücülər yollarını qısaltmaq üçün piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət ediblər. Saxlanılan zaman sürücülərdən biri ərazinin səki olmasından xəbərsiz olduğunu deyib. Səkidə avtomobilini saxlayanlar arasında müğənni Zemfira İbrahimova da olub.

Qeyd edək ki, səkidə park edilən avtomobillərə görə bir çox piyada yolun hərəkət hissəsinə çıxaraq gedib. Bu da piyadaların vurulması riskini yaradır. Xidmətdə olan polislər təhlükəsizliyi təmin etmək məqsədi ilə piyadalara qarşı da tədbirlər görüb. Qanunsuz yerdən keçən piyadalar saxlanılaraq onlara törətdikləri inzibati xəta izah edilib.Yasamal rayon yol polis şöbəsinin rəis müavini Emil Seyidov deyib ki, mütəmadi keçirilən reyddə məqsəd yol hərəkəti iştirakçılarını cərimələmək yox, onları maarifləndirməkdir.

Qeyd edək ki, reyd zamanı 10-dən çox sürücüyə inzibati qaydada protokol tərtib edilib.

mənbə: Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:  
Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az