Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
15:50
768

02
Iyul
15:50



Narkotik aludəçisi olan qadın: Övladını da qurban vermək istəyirsən - VİDEO

Kimi lap uşaq yaşlarından, kimisi də yetkinlik yaşından bu bəlanın qurbanına çevrilir. Söhbət narkomaniyadan gedir.

XeberOxu.az xəbər veriki,Baku.Tv-nin əməkdaşları Respublika Narkoloji Mərkəzində olub.

Hazırda  Narkoloji Mərkəzdə müalicə alan 22 yaşlı Səmədova Fatimə də ömrünün altı ildən çoxunu narkomaniyaya qurban verib. O, hələ orta məktəb vaxtından, daha dəqiq desək, 15 yaşından bu bəlaya düçar olub.

Sinif yoldaşının “bir tüstü də sən al, bir dəfə ilə heç nə olmaz” sözlərinə aldanan Fatimənin həyatı o vaxtdan məhv olub. O deyir ki, narkotikə qurşandıqdan sonra hər kəs ondan üz çevirib.

Narkotik qəbul etdikdən sonra keçirdiyi ağrılardan danışan Fatimə hər kəsi bu bəladan uzaq olmağa çağırır.

Narkotiklə həbs olunan Fatimənin son sözü isə belə oldu:

“Bu yolun sonu ya ölümdür, ya həbsxana. Heç kəsə narkotik qəbul edib ölməyi arzulamıram”.

Üzünün görünməsini istəməyən digər həmsöhbətimizin dediyinə görə, çox xoşbəxt ailə həyatı varmış. Hər şey həyat yoldaşının vəfatından sonra başlayıb.

O, ilk dəfə narkotiki sonradan tanış olduğu insanla qeyri-rəsmi münasibət yaşadıqdan sonra qəbul edib. Bir neçə dəqiqəlik həzz onu azyaşlı övladından ayıraraq Narkoloji Mərkəzə gətirib.

Dediyinə görə, narkotik vasitədən az müddət istifadə edib. Qısa vaxtda aludəçiyə çevrilən müsahibimiz bildirir ki, narkotikdən asılılıq elə bir şeydir ki, bədən tələb edəndə övladını belə qurban verməyə hazır olursan.

Digər qəhrəmanımız İlqarın da hekayəsi digərləri kimi başlayıb. “Bir dəfə ilə heç nə olmaz” deyib başlayan İlqar narkotik aludəçisi olmamışdan əvvəl musiqi ilə məşğul imiş. Bir neçə dəfə narkotik qəbulu onu da aludəçiyə çevirib. O, əldə etdiyi hər şeyi narkotikə qurban verib.

Sonda müsahiblərimizin hər biri hər kəsi bu bəladan uzaq durmağa və iradəli olmağa səsləyiblər. Burada olanların bir arzusu var: tez bir zamanda müalicə olunub buranı tərk etmək, cəmiyyətə qayıtmaq.

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az