Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Sen
2019
20:07
744

13
Sen
20:07



Bakıda plastik əməliyyata girən ərəb qadın komaya düşüb?

Bakıda liposaksiya əməliyyatına girən ərəb turist komaya düşüb.
Turist Rasa Ellemzadaa Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasına müraciət edib.

Əməliyyat zamanı vəziyyəti pisləşən xəstə Baku Medical Plazaya yerləşdirilib. Hazırda komadadır. Əldə etdiyimiz məlumata görə, emboliya (piyin qana keçməsi) halı baş verib.

Klinikanın Reanimasiya və İntensiv terapiya şöbəsinin müdiri Elxan Bəşirov axsam.az-a açıqlamasında məsələyə münasibət bildirib:

"Liposaksiyadan sonra belə hallara rast gəlmək mümkündür. Piy bolizması deyilən bir hal baş verir. Belə bir fəsad yaranması hallarına rast gəlirik. Xəstə hazırda klinikamızdadır, müalicə alır. Daha geniş məlumat verə bilmərik".

Əməliyyatı icra edən həkimlərdən olan P.Əhmədov isə ərəb qadını əməliyyat etdiklərini təsdiqləyib. O, xəstənin başqa klinikaya köçürülməsinin səbəbini isə belə izah edib:

"Xəstə komaya düşməyib. Bizim klinikada bir neçə gün qaldı da. Sadəcə, daha yaxşı şəraiti olan bir klinikaya getmək istədi. Onun Amerika sığortası var, yüksək şəraitdə müalicə almaq istəyir. Biz onu digər xəstəxanada da müayinə etmişik. Hazırda səhhəti yaxşıdır".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az