14 Avq 2019
10:38
![]() |
14
Avq 10:38
![]() Nazir Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyada səfərdədir Rusiya Federasiyasının Nəqliyyat naziri Yevgeni Ditrixin dəvəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Soçi şəhərində səfərdədir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) XeberOxu.az-a bildirilib ki, ölkəmizin nümayəndə heyəti Azərbaycan, İran və Rusiyanın nəqliyyat nazirlərinin üçtərəfli görüşündə iştirak edib. Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Xəzər dənizinin qərb sahillərindən keçən marşrutu ilə beynəlxalq yük daşımalarının həcminin artırılması, daşımaların asanlaşdırılması və bu sahədə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində görüləcək birgə tədbirlər müzakirələr olunub. Səfər çərçivəsində Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə Rusiya Federasiyasının Nəqliyyat naziri Yengeni Ditrix, o cümlədən İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslami arasında keçirilmiş ikitərəfli görüşlərdə nəqliyyat və tranzit daşımalar sahəsində qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Mədət Quliyev generalı özünə müşavir təyin etdi
Moldova Bakıdakı səfirini geri çağırdı
Baş prokuror Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin qəbulunu keçirəcək
Qubada evdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |