AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





14 Mart
2019
08:32
996



Nazirlər Kabineti "Sovetski"dəki evlərlə bağlı təklifə münasibət bildirdi

Nazirlər Kabineti (NK) "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin artırılması ilə bağlı təklifə münasibət bildirib.

Xeberoxu.az-ın məlumatına görə, NK açıqlayıb ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində Nabat Aşurbəyova, Süleyman Tağızadə, Abdulla Şaiq və Çingiz Mustafayev küçələri arasındakı ərazidə 1130, Nəriman Nərimanov prospekti, İsmayılbəy Qutqaşınlı, Bəşir Səfəroğlu və Mirzəağa Əliyev küçələri arasındakı ərazidə 880, ümumilikdə 2010 yaşayış və qeyri-yaşayış obyekti satın alınır. Bu obyektlərin satın alınmasının məqsədi Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsidir.

NK qeyd edib ki, müstəqil qiymətləndirmə ekspertlərinin rəyinə əsasən, əlavələr də nəzərə alınmaqla, mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd 1500,00 manat təklif edilir. Digər sahələr üzrə isə 1 kvadrat metr üçün onların konsturuksiyasından və təmir səviyyəsindən asılı olaraq, 300-1200 manat arasında qiymət təklif edilir.

Satınalma "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanuna uyğun həyata keçirilir.

Qeyd edək ki, NK-ya "Sovetski" deyilən ərazidə qəzalı vəziyyətdə olan və sökülməsi nəzərdə tutulan evlərin sakinlərinə verilən kompensasiyanın məbləğinin manatın inflyasiyası nəzərə alınmaqla, hər kvadrat metrə görə 2 manata çatdırmaq, yaxud onların sahiblərinə pul əvəzinə yeni tikilən binalarda hazır mənzil verilməsi təklif edilib.

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az