Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



27 May
2019
10:58
4764



"Norm Sement" mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib -FOTO

Ramazan ayı birlik və bərabərlik rəmzidir. Bu müqəddəs ayın gəlişi münasibətilə "Norm Sement" ənənəvi olaraq bu il də mətbuat nümayəndələri üçün iftar süfrəsi təşkil edib.

Xeberoxu.az-ın məlumatına görə, iftarda 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Şirkət nümayəndələri öz növbəsində qonaqları salamlayıb, dəvəti qəbul edib tədbirdə iştirak etdiyinə görə hər kəsə təşəkkür bildirib və onlara xoş arzularını çatdırıblar.

Qonaqlar "Norm Sement" tərəfindən onlara hər zaman göstərilən qayğı və diqqətdən məmnun qaldıqlarını, belə tədbirlərin digər şirkətlərə də nümunə olmasını və ənənəvi hal almasını arzuladıqlarını bildiriblər.

Azərbaycan cəmiyyətinin inkişafında, formalaşmasında, maariflənməsində və Azərbaycan həqiqətlərinin və uğurlarının dünyaya çatdırılmasında mətbuatın rolu əvəzsizdir. "Norm Sement" bu çətin və məsuliyyətli peşə sahiblərini daim diqqət mərkəzində saxlayaraq, KİV nümayəndələri ilə olan qarşılıqlı işgüzar və tərəfdaşlıq münasibətlərini qoruyur və daha da möhkəmlənməsi üçün çalışır.

Norm Sement həm korporativ sosial məsuliyyət çərçivəsində, həm də sement və beton sahəsində yeniliklər etməyə davam edir. Şirkət iyun ayının 20-də "CPİ Wordwide" jurnalı və ICCX Academy-nin dəstəyilə Azərbaycanda ilk dəfə keçiriləcək “Azərbaycanda Müasir Beton Texnologiyaları və İnşaat Sektorundakı Trendlər” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcək.

Norm Sement istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement olmaqla Cənubi Qafqazın ən böyük sement zavodudur. Zavodda hal-hazırda 5 çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20), CEM I 52.5N – sement istehsal olunur. Bu sement növləri müvafiq olaraq KLASS A400, KLASS B, KLASS C500, KLASS S və KLASS 1 adı ilə satışa çıxarılır.

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az