Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
11:07
606

02
Iyul
11:07



"Norm Sement"in təşkilatçılığı ilə ölkədə ilk beton konfransı keçirildi

Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy-nin birgə təşkilatçılığı ilə 20 iyun, Four Seasons otelində “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda beynəlxalq konfrans baş tutdu.

Şirkətdən XeberOxu.az-a verilən məlumata görə, tədbirdə 150-ə yaxın yerli və xarici qonaqlar, şirkət rəhbərləri, sement və beton ekspertləri, o cümlədən mətbuat nümayəndələri iştirak etdi.

Norm şirkətinin Baş İcraçı Direktoru Henninq Zassenin salamlama nitqi ilə konfrans açıq elan olundu. Şirkət nümayəndələri tədbirin keçirilməsində əsas məqsədin tikintiyə yeni həll yollarının gətirilməsi, beton istehsalında ən son texnologiyanın ölkəmizdə tətbiqinin stimullaşdırılması, ümumilikdə son dövrlərdə geniş vüsət almış inşaat sektorunun inkişafına xidmət olduğunu bildirdilər.

Tədbir paralel şəkildə davam edən rəsmi hissədən və xarici qonaqların stendlərinin nümayiş olunduğu sərgidən ibarət idi. Rəsmi hissədə Almaniyanın “Progress Group”, “Rekers”, “Kraft Curing Systems”, Polşanın “Arcen”, BƏƏ-nin “Ha-Be Betonchemie”, Danimarkanın “Hawkeye Pedershaab”, İspaniyanın “fib” şirkətlərinin nümayəndələri beton istehsalında qabaqcıl texnologiyalar, müasir həll metodları, müasir panel evlərin inşasının stimullaşdırılması və ən son tikinti tendensiyaları mövzusunda çıxışlar etdilər.

Tədbir zamanı Norm Sement-in Baş Kommersiya Direktoru Fuad Musayev yerli televiziya kanallarından və xəbər agentliklərindən tədbirə qatılmış mətbuat nümayəndələrinin suallarını cavablandıraraq, tədbirin məqsədindən, Avropada beton istehsalında tətbiq olunan ən mütərəqqi avadanlıqların tətbiqinin yerli tikinti şirkətlərinə və bütünlükdə tikinti bazarına gətirəcəyi faydalardan danışdı.

Beynəlxalq beton konfransına qatılan şirkət rəsmiləri çay və nahar fasilələri zamanı bir-birləri və xarici ekspertlərlə ünsiyyət qurmaq, fikir mübadilələri aparmaq və yeni işgüzar münasibətlərin qurulması müstəvisində müzakirələr aparmaq imkanı qazandılar.

Tədbir iştirakçıları müasir beton və inşaat tendensiyaları barədə son yeniliklərə yiyələnməklə yanaşı Beynəlxalq beton istehsalçılarının ticarət jurnalı – CPI jurnalına 1 illik abunəlik əldə etdilər.

Beləliklə, fəaliyyət müddəti boyunca ölkənin qeyri-neft sektorunun inkişafında kifayət qədər payı olan Norm Sement şirkəti növbəti möhtəşəm layihəyə imza atdı.

Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement istehsal gücünə malikdir. Hazırda zavodda 5 çeşiddə – CEM II/A-P 32,5R, CEM II/B-L 32.5R və CEM II/A-P 42,5 R, CEM II/A-P 42,5 N (SDPS 500 Ə-20), CEM I 52.5N – sement istehsal olunur. Bu sement məhsulları müvafiq olaraq KLASS A400, KLASS B, KLASS C500, KLASS S və KLASS 1 adı ilə satışa təqdim olunur.

Məhsullara Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az