AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Mart
2019
01:46
693



Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi

Beynəlxalq Muğam Mərkəzində martın 15-də saat 12:00-da Beynəlxalq Muğam Mərkəzinin “Dəyirmi masa” layihəsi çərçivəsində “Novruz ənənələri milli-mənəvi dəyərlərin təcəssümü kimi” mövzusunda elmi seminar keçiriləcək.

Mərkəzdən Xeberoxu.az-a verilən məlumata görə, tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə ilə qeyd olunur.

Novruz əsrlərin dərinliyindən gəlib bizim günlərə çıxmış ən gözəl bayramlardan biridir. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərilməsi kimi sağlam bir təməl yaratmışdır.
Azərbaycan Respublikasının birinci Vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində 2009-cu ildə Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməklə Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır.

Xalq yaradıcılığının öyrənilməsi sahəsində Beynəlxalq Muğam Mərkəzinin keçirdiyi tədbirlərdən biri kimi bugünkü seminar mühüm kəsb edir. Qeyd edək ki, seminarda təqdim edilən elmi məruzələr Novruzun öyrənilməsində elmi mənbə kimi çıxış edə və gələcək tədqiqatlar üçün yeni perspektivlər aça bilər.

Qeyd etmək lazımdır ki, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilib.

Seminarda aşağıdakı məruzələr dinləniləcək:
1. Giriş sözü: Nailə Rəhimbəyli-sənətşünaslıq üzrə elmlər doktoru, professor
2. Novruz ənənələri milli-mənəvi dəyərlərin sistemi kimi-filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy
3. Novruz çərşənbələrinin ritual mahiyyəti və fəlsəfəsi- filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli
4. Novruz türk dünyasında-filologiya üzrə elmlər doktoru, professor Füzuli Bayat
5. Azərbaycan bəstəkarların yaradıcılıqlarında bahar mövzusu - əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova
6. Azərbaycan klassik ədəbiyyatımızda Novruz-filologiya üzrə elmlər doktoru Nizami Muradoğlu
7. Novruz poetik mətnlərdə-filologiya üzrə elmlər doktoru, professor Minaxanım Təkləli
8. Musiqi folklorunda Novruz-sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayeva

Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Azərbaycanda gimnastika Birinci vitse-prezident Mehriban Əliyevanın səyləri nəticəsində inkişaf edir - Yana Batırşina







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az