Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
08:55
858

01
Iyun
08:55



Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlər keçirir -FOTO

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı silsilə tədbirlər keçirir.

Ombudsman Aparatından Xeberoxu.az-a verilən məlumata görə, İnsan Hüquqları Aylığı çərçivəsində Ombudsman Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin strukturuna daxil olan Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində uşaqlarla görüşüb, onları Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən bu Mərkəzin direktor müavini Zərifə Məmmədovaya təqdim edilən “Qızıl çinar” beynəlxalq mükafatı münasibətilə təbrik edib və xoş arzularını çatdırıb.

Həmçinin, Müvəkkil Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə bu rayondakı məktəblərin bir qrup şagirdləri və gənclərlə Ombudsman Aparatında görüş keçirib. Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Rəna Fərəcova və əməkdaşları iştirak ediblər.

Müvəkkil bu günlərdə qeyd etdiyimiz Respublika Günü və 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə qonaqları təbrik edib və xoş arzularını bildirib. O, 28 may 1918-ci ildə Müsəlman Şərqində və türk dünyasında ilk Parlamentli Respublika kimi dövlət müstəqilliyi elan olunan Azərbaycan Xalq Cümhuriyyəti dövlətin vacib strukturlarını, o cümlədən Milli Ordu qurduğu, habelə insan hüquq və azadlıqlarının bərqərar olması, etnik və dini mənsubiyyətdən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlarının tanınması, bir çox Avropa ölkəsindən daha əvvəl qadınlara seçki hüququnun verilməsi, Azərbaycan dilinin dövlət dili elan edilməsi ilə demokratik idarəetmə mexanizmlərini yaratması barədə məlumat verib.

Qeyd olunub ki, Azərbaycan xalqı qarşısında ölçüyəgəlməz xidmətləri olan, dünya şöhrətli siyasi və dövlət xadimi, fenomenal bir şəxs kimi tanınan, bu il anadan olmasının 96-cı və hakimiyyətə qayıtmasının 26-cı ildönümlərini qeyd etdiyimiz Ümummilli liderimiz Heydər Əliyev hər zaman fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyətinə yüksək önəm verərək həmin tarixi dövrün tədqiq edilməsinə, tarixi hadisələrin yaşadılmasını və varislik prinsipinin qorunaraq daha da inkişaf etdirilməsinə böyük səy göstərib.

Müvəkkil Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini, dövlətimiz tərəfindən insan hüquqlarının, o cümlədən uşaq hüquqlarının təmin olunmasına böyük diqqət yetirildiyini, bu sahədə qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasəti ölkəmizdə uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşmağa, onların sağlamlığına, təhsilinə, yüksək mənəvi-əxlaqi, milli dəyərlər əsasında təlim-tərbiyə alaraq hərtərəfli inkişafına xidmət edir.

Son dövrlər dövlət başçısının rəhbərliyi ilə aparılan mühüm islahatlarla bütün əhalinin sosial rifah halının yüksəldilməsinə, minimum əmək haqqının, pensiyaların, müavinətlərin, o cümlədən yeni doğulan uşaqlara görə müavinətlərin artırılmasına yönəlmiş sərəncam və fərmanları böyük əhəmiyyət kəsb edir. Habelə ölkə başçısının təşəbbüsü ilə artıq bir-neçə ildir ki, uşaqlar üçün keçirilən “Ölkəmizi tanıyaq” layihəsi nəinki məktəblilər, ümumən ictimaiyyət tərəfindən böyük minnətdarlıqla qarşılanır.

Qeyd edilib ki, BMT tərəfindən 1989-cu il 20 noyabr tarixdə qəbul edilmiş “Uşaq Hüquqları Konvensiyası”na qısa müddətdə ölkəmizin Azərbaycan Respublikasının hələ dövlət müstəqilliyinin bərpasının ilk illərində qoşulması, sonrakı dövrlərdə həmin beynəlxalq müqavilənin fakültativ protokollarının da ratifikasiya edilməsi, eləcə də milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq islahatların aparılması, “Uşaq hüquqları haqqında” xüsusi bir qanunun qəbul edilməsi də məhz onların hüquq və mənafelərinin daha səmərəli müdafiəsinə yönəlib.

Ombudsman Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın doğma yurdumuzun hərtərəfli inkişafı, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının daha da artırılması, müxtəlif xəstəliklərdən, o cümlədən talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqların müalicəsi, müasir avadanlıqlarla təchiz edilmiş müalicə və istirahət pansionatlarının, uşaq bağçalarının, məktəblərin, xəstəxana, poliklinika və reabilitasiya mərkəzlərinin tikilməsi və ya əsaslı təmir edilməsi istiqamətində böyük işlər gördüyünü diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə ekoloji təmizliyə və sağlam həyat tərzinə yönəlmiş “Bizim həyət” layihəsi, əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilən Uşaq Filarmoniyasının, paytaxt və regionlarda uşaq dərnəklərinin fəaliyyəti, xüsusi vurğulanıb.

Ombudsman ölkəmizdə insan hüquqları sahəsində yol xəritəsi rolunu oynayan mühüm strateji sənədlərin - “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” (1998), “Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı” (2006) və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” (2011) qəbul edilib. Ombudsman tərəfindən ölkənin hər bir rayon və şəhərində geniş ictimai dinləmələrin keçirildiyi, əldə edilən nəticələrin təhlil edilərək ümumiləşdirildiyi və müvafiq dövlət qurumlarına 700-dək təklif və tövsiyələrlə müraciət olunduğu qeyd edilib.

Müvəkkil əhalinin bütün qruplarının, o cümlədən uşaqların, qadınların, ahılların, qaçqın və məcburi köçkünlərin, əlilliyi olan şəxslərin, məhkumların, hərbi qulluqçuların hüquqlarının həyata keçirilməsi və müdafiəsi istiqamətində çoxşaxəli fəaliyyəti, bu sahədə Parlament, dövlət qurumları, beynəlxalq təşkilatlar, QHT və KİV-lərlə sıx əməkdaşlıq etdiyi, habelə insan hüquqları ilə yanaşı Sülh və Uşaq hüquqları aylıqlarının keçirildiyi, uşaq hüquqları üzrə 916 Qaynar xətt xidməti haqqında ətraflı məlumat verib.

Ombudsman Aparatının və ətraf 35 şəhər və rayonu əhatə etməklə Gəncə, Şəki, Quba və Cəlilabadda fəaliyyət göstərən regional mərkəzlərinin əməkdaşları tərəfindən Bakı şəhərində və ölkəmizin regionlarında uşaq hüquqlarının maarifləndirilməsi istiqamətində silsilə tədbirlər təşkil edilir.

Uşaq hüquqları üzrə pilləli tədris proqramının bu il paytaxtda və regionlarda 20, o cümlədən Sabunçu rayonunun 271 saylı məktəbində uğurla həyata keçirildiyi, ümumilikdə bu prosesdə fərqlənmiş 12 mindən artıq şagird Ombudsman tərəfindən sertifikatla təltif edildiyi bildirilib.

Habelə bildirilib ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolunun icrasının təmin edilməsi ilə bağlı ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsman Milli Preventiv Mexanizm funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən edilmiş və respublikada şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən müvəqqəti saxlama yerləri, penitensiar müəssisələr, ahıllar və uşaq evlərinə, psixiatriya müəssisələrinə müntəzəm baxışlar keçirilir.

Sonra Rəna Fərəcova və iştirakçılar bu səmimi qəbula görə Ombudsmana minnətdarlığını söyləyiblər.

Qonaqlar Aparatın strukturu, müraciətlərin qəbulu və araşdırılması prosesi ilə tanış olublar.

Hər bir məktəbliyə Uşaq Hüquqları Konvensiyası və digər nəşrlər hədiyyə edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub







Mehriban Əliyeva neftçiləri təbrik etdi: “Biz sizinlə, sizin peşə uğurlarınızla fəxr edirik” - FOTO







Bakıda kirayə yaşayan 52 yaşlı kişi kafenin qarşısında bıçaqlandı







Elmar Məmmədyarov macar həmkarı ilə görüşüb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az