Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
09:20
210

10
Okt
09:20



PAŞA Bank "3-сu Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” konfransında iştirak edib

Azərbaycanda rəqəmsal xidmətlərin inkişafında böyük payı olan ölkənin aparıcı korporativ bankı PAŞA Bank "3-сu Rəqəmsal Ticarət Forumu: İpək Yolunun Rəqəmsallaşması” konfransında iştirak etdi.

XeberOxu.Az-ın məlumatına görə, keçirilən tədbir zamanı PAŞA Bank, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, "AzərTelekom İnt." MMC və "B.EST Solutions MMC" şirkətləri arasında “Dövlət-Özəl Tərəfdaşlığı Konsorsiumu”nun yaradılmasına dair memorandum imzalandı.

Konsorsiumun fəaliyyəti Azərbaycanın regionda rəqəmsal ticarət qovşağı kimi mövqeyinin daha da gücləndirilməsi, rəqəmsal texnologiyaların sosial və iqtisadi sahələrdə, maliyyə sektorunda tətbiqinin daha da genişləndirilməsi, rezident və qeyri-rezident olan fiziki və hüquqi şəxslərin elektron xidmətlərdən daha da asanlıqla istifadə edə bilmələri üçün mövcud xidmətlərin elektronlaşması, yeni xidmətlərin təqdim edilməsi və digər yeniliklərin həyata keçirilməsinə yonəldiləcəkdir.

Memorandum çərçivəsində PAŞA Bankın əsas məqsədi Azərbaycan istehsalı məhsullarını xaricə ixrac edən sahibkarlara göstərilən dövlət dəstəyinə töhfə verməyə hazır olduğunu vurğulamaq üçün bu platformada ticari fəaliyyətlə məşğul olan bizneslərə hərtərəfli dəstəyi təmin etməkdir.

Konfransda çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib ki, son illər ölkəmizdə makroiqtisadi sabitliyin, iqtisadi artımın davam etməsi və maliyyə dayanıqlılığın günbəgün güclənməsi müşahidə olunur və məhz belə bir vaxtda Azərbaycan hökumətinin rəqəmsal transformasiya mərhələsinə keçməsi xüsusi əhəmiyyət kəsb edir.

“Böyük sürətlə dəyişən dünyada bütün sahələrdə olduğu kimi bank xidmətlərinin də sürətli, çevik və daha da güvənli olması, müştərinin ən yüksək tələblərinə cavab verməsi zəruridir. Məhz bu səbəbdən Bank xidmətlərinin rəqəmsallaşması PAŞA Bankın 2018-2020-ci il strategiyasının təməlini təşkil etmişdir. Rəqəmsal həllərin işlənib hazırlanması yüksək texnologiyaların tətbiqi ilə yanaşı, həm müvafiq texniki və təşkilati infrastrukturun yaradılması, həmçinin də bu sahədə peşəkarların yetişdirilməsi vasitəsilə mümkündür. Lakin Rəqəmsal transformasiyaya ilk addım atan bir biznes qurumu olaraq biz ilk gündən aydın şəkildə dərk edirdik ki, bizim bu transformasiyanı müştərilərimizdən və əməkdaşlıq etdiyimiz dövlət qurumlarından kənarda həyata keçirməyimiz mümkün deyil. Bu gün burada imzalayacağımız "Dövlət-Özəl Tərəfdaşlıq" memorandumu məhz bu məqsədə nail olmaq üçün çox önəmli vasitədir”.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Soyada baxaraq əcdadlarınız barədə nəsə öyrənmək mümkündür - NECƏ?







Koreya Respublikası Milli Assambleyasının sədri Azərbaycana rəsmi səfərə gəlib







Güləşçilərimiz Dünya Çimərlik Oyunlarında iki medal qazanıb







Yasamalda kafedən oğurluq edən şəxs saxlanılıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az