Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Apr
2019
11:20
195



"PAŞA Bank" Azərbaycanda ilk dəfə “HackerRank” işəgötürmə platformasının tətbiqinə başladı

Azərbaycanın aparıcı korporativ bankı – "PAŞA Bank" “HackerRank” innovativ işəgötürmə platformasının istifadəsinə başlayıb. Azərbaycanda ilk dəfə tətbiqinə başlanılmış bu sistem informasiya texnologiyaları sahəsi üzrə məşğul olan mütəxəssislərin işəqəbul prosesinin effektiv şəkildə keçirilməsinə imkan verir.

Sistemin ən vacib üstünlüklərindən biri də eyni vaxtda yüzlərlə potensial namizədin bilik və professional bacarıqlarının sınaqdan keçirilib təhlil olunmasıdır. Yeni platforma, ilkin olaraq, müraciət edən şəxsin potensialını, güclü və zəif tərəflərinin obyektiv şəkildə qiymətləndirilməsi, texniki cəhətdən hazırlığı, verilən tapşırığa sərf edilən zaman müddəti və digər məqamları öyrənməyə şərait yaradır. Cari platforma sayəsində mütəxəssislər nəinki Azərbaycan, həmçinin dünyanın istənilən ölkəsində Bankın işəqəbul prosesində iştirak edə bilərlər.

"PAŞA Bank"ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, sürətlə dəyişən müasir dövrdə dünyanın aparıcı şirkətləri İT sahəsi üzrə peşəkar mütəxəssislərin işə cəlb olunması üçün bu kimi yenilikçi sistemlərə müraciət edirlər:

“İşəgötürənlə yanaşı, namizədlər də, öz növbəsində, seçim mərhələsinin obyektivliyi və şəffaflığını özündə ehtiva edən detallı test nəticələri ilə təmin olunur. İnanıram ki, peşəkar İT mütəxəssisləri arasında kifayət qədər tanınmış ən yeni platformanın tətbiqi Azərbaycan bazarında rəqəmsal sahə üzrə ən tərciyə olunan işəgötürən kimi mövqeyimizi daha da möhkəmləndirməyə kömək edəcək”.

Onu da qeyd edək ki, “HackerRank” işəgötürmə platforması dünyanın müxtəlif ölkələrində 1000-dən çox şirkətdə İT sahəsi üzrə mütəxəssislərin peşəkar bacarıqlarının qiymətləndirilməsi üçün standart hesab edilir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az