Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə








11 Fev
2019
10:00
162



"PAŞA Sığorta" şirkəti internat uşaqlarının ali məktəbə qəbul olmasına dəstək verir

"PAŞA Sığorta" şirkəti PAŞA Holdinq-in dəstəsyi ilə “Sənətim Gələcəyim” layihəsini davam etdirir.

Layihə çərçivəsində Bilgəhdə yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin 9 və 11ci siniflərdə tədris alan 25 nəfər arzularında olduqları sənətə yönləndirilirlər. İştirakçılar ali və peşə məktəblərinə qəbul olmaq üçün dərslərdən başqa mütəmadi olaraq psixoloqlarla, tanınmış şəxslərlərlə motivasiya məqsədli görüşlərdə, şəxsi inkişaf məqsədli təlimlərdə iştirak edir, bayramları, xüsusi günləri birlikdə qeyd edirlər. Seçilmiş şagirdlərin bir qismi ali məktəblərə qəbul olmağa, digər hissəsi isə aşpaz, avtomobil ustası, informasiya texnologiyaları üzrə mühəndis kimi peşələrə yiyələnmək üçün tədris alırlar.

Daim Korporativ Sosial Məhsuliyyət istiqamətli layihələri həyata keçirən "PAŞA Sığorta" şirkəti bu layihəni keçən ilin sentyabr ayında başlatmışdır.

“Sənətim Gələcəyim” layihəsini Etika Akademiyasının peşəkar müəllimləri və təlimçiləri icra edir. Akademiyanın heyəti şagirdlərə tədrislə yanaşı asudə zamanlarını səmərəli keçirtmələri üçün şərait yaradırlar. Əsas məqsəd internatda təhsil alan yüksək bilik və bacarığa malik olan məktəbliləri dəstəkləmək və onların ölkəmizin aparıcı ali təhsil ocaqlarına qəbul olmaları, həmçinin hərtərəfli inkişafı üçün lazımi şəraiti təmin etməkdir.

Qeyd edək ki, "PAŞA Sığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az