RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 Apr
2019
14:03
420



Palatanın hesabatında Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur

Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında Hesablama Palatasının ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı deputat Vahid Əhmədovun ən çox nöqsan aşkarlanan qurumların siyahısında Maliyyə Nazirliyinin adını çəkməsi onun subyektiv yanaşmasıdır.

Xeberoxu.az-ın məlumatına görə,  Bu fikirləri Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev “Trend”in sorğusuna cavab olaraq bildirib.

O qeyd edib ki, Palatanın 197 səhifədən ibarət olan 2018-ci il üzrə hesabatı ilə istənilən şəxs də tanış ola bilər və burda deputatın iddia etdiyi kimi Maliyyə Nazirliyində nöqsanların aşkarlanması ilə bağlı bir cümlə də yoxdur: “Ona görə də deputat Vahid Əhmədovun bu mövqeyinə və düşüncələrinə, onun hansı faktlara və məntiqə söykəndiyinə şərh verməyi artıq hesab edirik”.

M.Piriyev həmçinin vurğulayıb ki, Maliyyə Nazirliyi Hesablama Palatasının təqdim etdiyi 2018-ci il üzrə hesabatı təqdir edir və dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi, artıq və əsassız ödənişlərin aşkar edilməsi, təqsirkar şəxslər hesabına həmin vəsaitlərin dövlət büdcəsinə bərpa olunması istiqamətində Palata tərəfindən görülən işləri tam dəstəkləyir və onunla bu istiqamətdə sıx əməkdaşlıq edir.

Mətbuat katibi həmçinin qeyd edib ki, Maliyyə Nazirliyinin apardığı nəzarət tədbirləri Hesablama Palatası ilə müqayisdə daha az sayda təşkilat və qurumları əhatə edir. Bununla belə, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarətlə bağlı prinsipial və sərt addımlar atılır. Təkcə ötən ildə aparılan nəzarət tədbirləri nəticəsində 7 mln. manatdan çox əsassız ödənişlər aşkar edilib, ümumilikdə 55 təşkilat üzrə nöqsanlara hüquqi qiymət verilməsi məqsədilə sənədlər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Nazirlik rəsmisi bildirib: “Hesab edirik ki, büdcədən maliyyələşən təşkilatların rəhbərləri dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarəti daha da gücləndirməli, qanunun tələblərinə riayət etməli, büdcə intizamını pozan və mənimsəmələrə yol verənlərə qarşı sərt tədbirlər görməlidirlər”,

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az