Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
11:25
105

08
Noy
11:25



Parisdə Rus Pravoslav Dini–Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamın əsərləri sərgilənir

Parisdə “Stella Art İnternational” Assosiasiyasının təşkilatçılığı ilə Rus Pravoslav Dini–Mədəniyyət Mərkəzində müxtəlif xalqları təmsil edən 15 rəssamın əsərlərindən ibarət “Görüş ruhu” (Esprit de rencontre) adlı sərginin açılışı olub. Sərgidə azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri də nümayiş etdirilir.

XeberOxu.Az-ın məlumatına görə, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan N.Nərimanbəyova “Fantaziya” və “Şahzadə” əsərləri ilə sərgiyə qatılıb. Qeyd edək ki, N.Nərimanbəyova “Stella Art İnternational” Assosiasiyası yaranandan onun üzvüdür və assosiasiyanın təşkil etdiyi sərgilərdə onun əsərləri daim nümayiş olunur.

Parisdə rəssamlar arasında böyük nüfuza malik “Stella Art İnternational” Assosiasiyasının sədri Stella Kalinina azərbaycanlı rəssamın əsərlərinin insanlara nağıla dönmüş xoş və unudulmaz uşaqlıq illərini xatırlatdığını, sərgi ziyarətçilərində yüksək əhval-ruhiyyə yaratdığını qeyd edib. Bildirib ki, rəssam həmişə tamaşaçıları dərindən düşünməyə sövq edən mənalı mövzular seçir.

Sərgi noyabrın 25-dək davam edəcək.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az